Icma.az
close
up
RU
Ermənipərəst Menendesin arvadına məhkəmədən şok: Təqsirli bilindi, həbs gözləyir

Ermənipərəst Menendesin arvadına məhkəmədən şok: Təqsirli bilindi, həbs gözləyir

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də baş verən böyük korrupsiya qalmaqalında adı hallanan ermənipərəst siyasətçi və keçmiş senator Bob Menendesin həyat yoldaşı Nadine Arslanyanın cəzasız qalmaq ümidi puça çıxıb. Federal hakim Sidni Ştayn onun, barəsində çıxarılan hökmün ləğv edilməsi ilə bağlı müraciətini rədd edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Courthouse News Service" portalında dərc olunan məqalədə bildirilir.

Hakim bildirib ki, Nadine Arslanyanın günahı şahid ifadələri və sənədlərlə yetərincə sübuta yetirilib, yeni məhkəmə prosesinə ehtiyac yoxdur.

Qeyd edək ki, Arslanyan ötən ay məhkəməyə müraciət edərək, barəsindəki sübutların yetərsiz olduğunu, üstəlik, onu vəkilini dəyişməyə məcbur etdiklərini iddia etmişdi. O, əvvəlki vəkili Devid Şertlerin şahid qismində ifadə verməməsinin öz hüquqlarının pozulması olduğunu bildirmişdi. Lakin hakim qeyd edib ki, o, vəkil dəyişikliyindən sonra uzun müddət bu məsələyə toxunmayıb və heç vaxt Şertlerin müdafiəyə qayıtmasını tələb etməyib.

Arslanyanın vəkili Sara Krissoff məhkəmə qərarından narazı olduqlarını bildirib və 6-cı düzəlişin pozulması məsələsini ABŞ Apellyasiya Məhkəməsinə çıxaracaqlarını söyləyib.

Xatırladaq ki, Bob və Nadine Menendes cütlüyü Nyu-Cersidəki biznesmenlər və Misir rəsmilərindən rüşvət almaqda, qarşılığında senatorun siyasi nüfuzundan istifadə etməkdə ittiham olunublar. Onların evində aparılan axtarış zamanı qızıl külçələr, "Mercedes-Benz" markalı avtomobil və senatorun adının baş hərfləri olan geyimlərə doldurulmuş külli miqdarda nağd pul aşkarlanmışdı.

Bob Menendes ötən il məhkum edilərək 11 il müddətinə azadlıqdan məhrum olunub. Həbsə göndərilməzdən əvvəl o, ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb etməyə çalışaraq məhkəmə sistemini tənqid etmişdi.

Səhhətindəki problemlər - konkret olaraq döş xərçəngi diaqnozuna görə Nadine Arslanyanın işi ayrıca məhkəməyə çıxarılmışdı. Məhkəmə prosesi zamanı o, 15 maddə üzrə təqsirli bilinib: rüşvət alma, elektron vasitələrlə dələduzluq və ədalət mühakiməsinə mane olma. Ona hökm 2025-ci il sentyabrın 11-də oxunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri