Icma.az
close
up
RU
Ermənisayağı saxtakarlıq etmək Fransa dövləti üçün ayıbdır

Ermənisayağı saxtakarlıq etmək Fransa dövləti üçün ayıbdır

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Ermənilərdən çox erməniçilik etmək tibb elminə məlum olmayan əcaib geosiyasi "xəstəlik"lərdən biridir. Əvvəllər bu "xəstəlik" daha çox ruslarda özünü qabarıq büruzə verirdisə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra isə fransızlar bu anti-missiyanı ruslardan təhvil alıblar. Xüsusən də Fransanın rəsmi şəxslərinin, siyasətçilərinin, deputatlarının və şəhər merlərinin erməniçilik etməkdə nəinki Nikol Paşinyanı, hətta Fransanın özündəki radikal-millətçi erməni lobbisini də kölgədə qoyması həqiqətən də ikrah doğurur. Və bu kontekstdə mayın 6-da Fransa Senatında çıxış edən Fransanın hazırkı xarici işlər naziri Jean Noel Barronun növbəti dəfə Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirməsi əsla təəccüblü deyil.
Jean-Noel Barron sözügedən çıxışında Azərbaycanın ərazi bütövlüyünə və inzibati-siyasi toponimikasına hörmətsizlik edərək yenə də “Dağlıq Qarabağ” ifadəsini işlədib və eyni zamanda, bölgədə guya "erməni irsinin və bəzi tikililərin dağıdılması" ilə bağlı "narahatlığ"ını ifadə edib. Bu da azmış kimi üstəgəl, Jean-Noel Barro UNESCO missiyasının bölgəyə göndərilməsini təklif edib. Fransa Senatının üzvləri də müsye Barronun Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialara əl çalıblar. Bütün bunlar onu göstərir ki, müasir Fransa siyasəti "absurd teatrı" rolunda çıxış etməyi hələ də xüsusi inadkarlıqla davam etdirir.
Fransa prezident Emmanuel Makron özü ixtisasca filosof olsa da, lakin onun təyin etdiyi xarici işlər nazirlərinin hamısı siyasi coğrafiyadan və beynəlxalq hüquqdan bixəbər kütbeyin sarsaqlar olduqlarını son 6-7 ildə dəfələrlə nümayiş etdiriblər. Bu baxımdan hazırkı xarici işlər naziri də istisna deyil. Jean-Noel Barro fransız kütbeyinliyinin tipik, əyani nümunəsidir. Bu adam baş diplomat olsa da, lakin o, hələ də bilmir ki, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsini “Dağlıq Qarabağ” kimi təqdim etmək istər siyasi, istərsə də diplomatik baxımdan tamamilə qəbuledilməzdir. Bu bölgə Qarabağ iqtisadi rayonudur və Fransanın özü də daxil olmaqla bütün dünya birliyi həmin əraziləri suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Bu halda Jean-Noel Barronun cahilliyi Makron Fransasının xarici siyasətinin bərbadlığını bir daha üzə çıxarmış olur.
Odur ki, biz Makrona öz xarici işlər nazirini beynəlxalq hüququ öyrənmək üçün kursa göndərməyi tövsiyə edirik. Fransalı nazir həmin kursda fürsətdən istifadə edib Azərbaycan dövlətinin öz ərazisində yaşayan bütün xalqların dini və mədəni irsini qoruduğunu və eyni zamanda, 30 ilə yaxın davam edən işğal dövründə 65 məscidimizin, tarixi abidələrimizin, muzeylərimizin, qəbristanlıqlarımızın erməni vandalları tərəfindən dağıdılması faktlarını da öyrənmiş olar. Qoy, Jean-Noel Barronun özü də UNESCO-nun nümayəndələrinə qoşulub Qarabağa gəlsin və erməni vandalizminin ağır nəticələrini əyani görsün. Barro bilməlidir ki, Qarabağda "erməni irsinin dağıdılması" barədə iddialar səsləndirmək reallıqdan uzaqdır. Ermənisayağı saxtakarlıq etmək isə Fransa dövləti üçün ayıbdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 May 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri