Icma.az
close
up
RU
Ermənistan ABŞın boyunduruğunu qəbul etdi Putinin silləsi qapıdadır...

Ermənistan ABŞın boyunduruğunu qəbul etdi Putinin silləsi qapıdadır...

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Paşinyan faktiki olaraq həttda acınacaqlı nəticələrini belə düşünmədən Ermənistanı odun içinə atdı”

Bu, baş verdi. Onsuz da yeni boyunduruq axtaran rəsmi İrəvan nəhayət ki, Rusiyaya “təpik atıb” üzünü Vaşiqntona çevirdi. Artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Bu sənədi də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.
Demək ki, Emmanuel Makronun Nikol Paşinyanı tələm-tələsik Parisə aparması, orda yeni ABŞ Prezidenti Donald Trampla görüşdürməsi qəti təsadüfi deyilmiş. Əlbəttdə, siyasətdə təsadüflər çox çox nadir hallarda olur. Ciddi siyasətdə isə çox vaxt hər şey ölçülüb- biçilir. Özü də məsələ ABŞ kimi supergücdən gedirsə. Qərarlar da ABŞ dövləti adından verilir, şəxslərin deyil. Deməli N.Paşinyanın “qucaqlanması” təkcə Co Baydenin şəxsi qərarı ola bilməz. Bu, ABŞ-ın bölgədə Rusiya əleyhinə strateji siyasətidir. Vaşinqtondakı strateji tərəfdaşlıq sazişinin imzalanması zamanı A. Blinken bəyan edib ki, “gələn həftə sərhəd təhlükəsizliyini təmin etmək istiqamətində birgə iş aparmaq üçün ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcəyik.”
Gör A.Mirzoyan nə deyib? SİTAT: “Biz inanırıq ki, sabit və firavan Cənubi Qafqaz bütün regional aktorların və beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir. Ermənistan bu ümumi məqsədə nail olmaq üçün Birləşmiş Ştatlarla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir və həmçinin elan etməkdən məmnundur ki, qlobal təhlükəsizliyə ortaq öhdəlik ruhunda Ermənistan “İslam Dövləti”ni məğlub etmək üçün qlobal koalisiyaya qoşulmaq niyyətindədir.” Tək bildiyim odur ki, A.Mirzoyanın bu açıqlamasından sonra İŞİD silahı buraxıb tarixdən silinəcək. Ən azı Ermənistan kimi “nəhəngin” onun düşməni olması nəyə desən dəyər...

Gələk ABŞ və Ermənistan XİN rəhbərlərinin açıqlamalarına. Bu iki açıqlama artıq rəsmi İrəvanın Moskva ilə iplərini qopardığını və gələcəkdə baş verə biləcək ən kritik risqləri göz önünə aldığını göstərir. ABŞ hərbi kontinentinin min cür adla Ermənistana rəsmi olaraq ayaq açması Moskvaya meydan oxumaqdır və əgər A.Blinkenin dediyi kimi, məsələ “sərhəd təhlükəsizliyi” ilə bağlıdırsa demək ABŞ Ermənistanı tamamilə ovcunun içinə almaq istəyir. Elə bir Ermənistanı ki, Gümrüdə Rusiya hərbi bazası var, elə bir Ermənistanı ki, bu gün iqtisadi baxımdan Rusiyanın qarşısında əlibaxım dilənçi görkəmindədir, elə bir Ermənistanın ki, 70-80 faiz işçi qüvvəsi və diaspora sistemi Rusiyada məskunlaşıb. Açıq demək laızmdır ki, ABŞ-ı Cənubi Qafqaza soxmaqla N.Paşinyan ilk növbədə erməni xalqı üçün gələckdəki böyük fəlakətlərə də “hə” demiş oldu. Yoxsa Vaşinqtonda elə düşünürlər ki, Rusiya əsrlər boyu forpostu olan, bölgədə ən çirkli işləri gördürdüyü Ermənistanıa sanca ABŞ-a “hədiyyə” edəcək? Buna qəti inanmıram.
Digər bir məama diqqət edək. Onsuz da Fransa, Avropa İttifaqı və digər Qərb strukturlarının əli ilə uzun müddətdir silahlanan rəsmi İrəvan, bu müddətdə ABŞ qurumlarından da bolluca milyonluq dollar “yardımları” alıb. Elə təkcə bir faktı vurğulasaq yetər ki, ABŞ-ın Ermənistanı tamamilə caynağına keçirmək üçün çoxdan hazırlaşdığına əmin olasan. Buyurun, hələ ötən ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını bəyan etmişdi. Həttda ilin sonlarında ABŞ-dan Ermənistana fantastik rəqəmli “yardım” ayrılacağı barədə də söz verilmişdi. Bu addım fərqli istiqamətlərə yozulsa da, əsl niyyət ortadadır - USAID-in arxasında duran beynəlxalq şəbəkələrin, mərkəzlərin erməni məsələsini, onların mövcudiyyətini Cənubi Qafqazda davam etdirmək və “erməni kartı”ndan öz məqsədləri üçün istifadə etmək istəyirlər. Bütün hallarda məsələnin kökü bu ilin aprelin 5-də imzalanan üçtərəfli razılaşmaya: ABŞ-Aİ-Ermənistan danışıqlarının nəticələrinə “dayanır”. Məhz həmin görüşdə verilən qərarlar bu gün “Sülh Fondu”, “USAID” kimi “dəyənək təşkilatlar”ın əli ilə reallaşdırılır. Qərbin Ermənistanı milyon dollarlar və silah “yağışına” tutması əlbəttdə regionun təhlükəsizliyini və sabitliyini daha böyük təhdid altına salır. Hazırda Ermənistan həm Fransadan, həm ABŞ-dan, eləcə də uzaq Hindistandan hərbi texnika almağa davam edir. Son bir neçə ildə Ermənistanla Fransa arasında üç hərbi texniki əməkdaşlıq razılaşması imzalanıb. Bütün bu proseslər açıq şəkildə göstərir ki, ABŞ və Fransanın bölgədə sülh yaratmaq kimi bir niyyətləri yoxdur. Xüsusilə bu işdə Fransa daha çox canfəşanlıq edir.
Bu gün Afrika, Uzaq Şərq və Yaxın Şərq regionlarında təsir dairəsini itirən Fransa indi Qafqaza və Mərkəzi Asiyaya yönəlib və bu məqsədlərinə çatmaq üçün Ermənistandan bir forpost kimi istifadə edir. ABŞ ilə Ermənistan arasında imzalanan tərəfdaşlıq sazişi isə artıq bölgədə çox böyük proseslərə təkan vermiş oldu. Nə Moskva bu prosesi sakitcə izləyəsi deyil, nə Azərbaycan rəsmi İrəvanın qisasçılıq planlarını görməzdən gəlməyəcək, nə də Ermənistanın öz daxilində ictimai rəy N.Paşinyanın bu son dərəcə ölümcül risqinə hamılıqla “HƏ” deyəsi deyil. Erməni cəmiyyətində bu prosesə etiraz səsləri çox güman ki yaxında baş qaldıracaq. Ən maraqlısı isə Ermənistanı özünə qardaş elan edən, dünən əksər fars deputatların İrəvanda görüşlər keçirdiyi İranın bu məsələyə nə reaksiya verəcəyidir. Daima Azərbaycana qarşı məkrli mövqeyi ilə seçilən, “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə Ermənistanla can-qəlb bir olan rəsmi Tehranın İrəvana göz ağardacağı da gözlənilən deyil. Çünki İran Azərbaycana qarşı bölgədə özünə tərəfdaş axtarır.
Gələk əsas məsələyə. N.Paşinyanın birbaşa ABŞ-ı Ermənistana soxuşdurması Vladimir Putini də hərəkətə gətirəcək. Amma hansı formada? Bax məsələ budur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Yanvar 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri