Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ermənistan Avropa İttifaqının müşahidə missiyasının ölkədə fəaliyyətini davam etdirməsini istəyir.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan həm açıq bəyanatlarda, həm də Avropa İttifaqındakı tərəfdaşlarla qapalı görüşlərdə Brüssellə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Ermənistandakı Aİ missiyasının fəaliyyətini müsbət qiymətləndirib.
Qriqoryan qeyd edib ki, müşahidə missiyası sabitlik amili baxımından müsbət təsir göstərib, regionda sabitliyin möhkəmlənməsinə töhfə verib və sərhədyanı icmalar arasında təhlükəsizlik və dayanıqlılığa inamı artırıb. Onun sözlərinə görə, missiya Ermənistan–Azərbaycan münasibətlərində sülhün bərqərar olması prosesində də mühüm rol oynayıb.
Təhlükəsizlik Şurasının katibi, həmçinin ABŞ Prezidenti Donald Trump-ın Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanmasında mühüm rol oynadığını bildirib.
Missiyanın gələcək fəaliyyəti ilə bağlı suala cavabında Qriqoryan deyib ki, Ermənistan istənilən halda Aİ-nin mülki müşahidə missiyasının ölkədə qalmasını arzulayır. Onun sözlərinə görə, hazırda imzalanmalı və ratifikasiya olunmalı olan sülh sazişi çərçivəsində müəyyən razılaşmalar mövcuddur və sənəd qüvvəyə mindikdən sonra bu istiqamətdə növbəti addımlar müəyyənləşdiriləcək.
Qriqoryan əlavə edib ki, Avropa İttifaqı ilə gələcək əməkdaşlığın formaları hazırda müzakirə mərhələsindədir və bu məsələdə də sülh müqaviləsinin ratifikasiyası həlledici rol oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Fevral 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















