Icma.az
close
up
RU
Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır: savaş apreldə başlaya bilər TƏFƏRRÜATLAR

Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır: savaş apreldə başlaya bilər TƏFƏRRÜATLAR

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinnyanın və onun administrasiyasının mənsublarının xarici auditoriyaya yönəlmiş "sülhə hazırlıq"la bağlı açıqlamalarına rəğmən, İrəvan Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.

Rəsmi İrəvanın son addımlarının məntiqi, revanşist əhval-ruhiyyə ilə silahlanmış və intensiv şəkildə hərbiləşməyə çalışan Ermənistanın bölgədə yeni bir müharibəyə zəmin yaratdığına açıq işarə edir.

Milli.Az Caliber.az-a istinadən bildirir ki, bu dəfə Ermənistan yeni qarşıdurmaya hazırlıqlarını heç gizlətməyə də çalışmır - belə ki, ötən həftə hökumət iclasında ölkədə növbəti ehtiyatda olanların toplanışının 1 aprel - 13 iyun tarixlərində keçiriləcəyi elan edildi.

Diqqət çəkən məqam budur ki, bu toplanışlar rekord həddə - düz on həftə davam edəcək ki, bu da adi hazırlıq müddətlərini əhəmiyyətli dərəcədə üstələyir. Üstəlik, Caliber.Az redaksiyasına etibarlı mənbələrdən daxil olan məlumata görə, İrəvan apreldə müharibə başlamağı planlaşdırır. Toplanan faktlar və məlumatlar Ermənistanın sərhəddə təxribat xarakterli hərəkətlərə ciddi şəkildə hazırlaşdığını göstərir ki, bu da yeni eskalasiya riskini son dərəcə real edir.

Qeyd edək ki, Ermənistanın hərbi planlaşdırmasında "ildırım sürətli müharibə" ("blitskriq") - yəni şərti sərhəd boyu yaşayış məntəqələrinin ildırımsürətli işğalı konsepsiyası nəzərdən keçirilir. Son aylarda Ermənistanın hərbi avantüraya hazırlaşdığına dair dəlillər xüsusilə aşkar olub.

Gərginliyin artmasında xüsusi rol Avropa İttifaqının (Aİ) rəsmi olaraq "müşahidəçi" kimi təqdim edilən missiyasına (EUMA) məxsusdur. Lakin bu missiyanın fəaliyyəti tamam fərqli məqamları üzə çıxarır. Sərhəd boyunca, xüsusən də potensial toqquşma bölgələrində kəşfiyyat fəaliyyəti gücləndirilib. Avropalı "müşahidəçi" qrupları sistematik şəkildə əraziləri öyrənir, həssas nöqtələri müəyyənləşdirir və Azərbaycan ordusunun dislokasiyasını təhlil edirlər. Faktiki olaraq, monitorinq adı altında bu missiya Ermənistanın hərbi komandanlığına məlumat ötürməklə neytrallıq prinsiplərini kobud şəkildə pozur.

Bu cür fəaliyyətlər Ermənistanın hərbiləşməsinə dair digər narahatedici əlamətlərlə üst-üstə düşür. Ermənistanın aqressiyaya hazırlaşmasının ən açıq əlamətlərindən biri isə Azərbaycanla şərti sərhəd boyunca on möhkəmləndirilmiş hərbi mövqenin inşası olub. Bu mövqelər nəinki müdafiə üçün nəzərdə tutulub, əksinə, hücum üçün əlverişli dayaq məntəqələrini təşkil edir. Onların yerləşdiyi ərazilər strateji bölgələr üzərində atəş nəzarətini təmin edəcək şəkildə hesablanıb ki, bu da sərhəd bölgələrinin təhlükəsizliyini ciddi təhdid edir. Eyni zamanda, bu mövqelərin hamısı bir-biri ilə tunel sistemi vasitəsilə birləşdirilib ki, bu da Ermənistanın diversiya qruplarının Azərbaycana qarşı təxribatlar həyata keçirməsi üçün əlverişli imkan yaradır.

Ermənistan yeni reallıq yaratmaq məqsədilə güc tətbiqi ilə təxribat törətməyə məqsədyönlü şəkildə hazırlaşır və bu reallığı sonra baş verən hadisə kimi təqdim etməyə çalışacaq. Bu planın mahiyyəti ondan ibarətdir ki, sərhəddəki vəziyyətin qəfil dəyişməsi Azərbaycanı yaranmış nəticələrə reaksiya verməyə məcbur etsin və bununla da erməni təcavüzü ört-basdır edilsin.

Bu cür planların həyata keçirilməsi ciddi resurslar tələb edir. Son iki il ərzində Ermənistan hərbi alışlarını kəskin şəkildə artıraraq Fransa və Hindistandan milyardlarla dollar dəyərində silah əldə edib. Xüsusilə ötən ilin payızında məlum oldu ki, Hindistan Ermənistana özünün ilk "Akash" zenit-raket batareyasını göndərir. New Indian Express nəşri "Bharat Electronics Limited" şirkətinə istinad edərək xatırlatdı ki, 2022-ci ildə Ermənistan Hindistandan təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 "Akash" raket sistemi almaq üçün müqavilə imzalayıb və bu sistemi alan ilk xarici ölkə olub. Qeyd edilib ki, "Akash" sistemi 25 km məsafədə qırıcı təyyarələri, qanadlı raketləri, "hava-yer" raketlərini, pilotsuz uçuş aparatlarını və digər hava vasitələrini məhv edə bilən "yer-hava" tipli raket kompleksidir.

Fransa isə regionda öz maraqlarını irəlilətmək üçün Ermənistanı aktiv şəkildə hava hücumundan müdafiə vasitələri, artilleriya və zirehli texnika ilə təmin edir. Belə ki, Ermənistana müasir Fransız istehsalı olan 155 mm-lik CAESAR özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, eləcə də tank əleyhinə raket kompleksləri və "hava-hava" tipli raketlər göndərilib. Bundan əlavə, Ermənistan ordusu R511 və R530 tipli "hava-hava" raketlərinin onlarla partiyasını, 30 ədəd ERYX tank əleyhinə raketini, Almaniya istehsalı olan DM32 (həmçinin "bunkerfaust" kimi tanınır) qumbaraatanlarını və "Panzerfaust 3" tank əleyhinə sistemlərini əldə edib. Üstəlik, Ermənistan silahlı qüvvələrinə təxminən 500 ədəd Fransız istehsalı olan birdəfəlik Apilas tipli əl raket qurğusu və 50 ədəd Amerika istehsalı BGM71-TOW tank əleyhinə raket kompleksi təhvil verilib.

Aİ də öz rolunu oynayır və Ermənistanın hərbiləşməsinə birbaşa və ya dolayısı ilə yönələn maliyyə tranşları, o cümlədən Avropa Sülh Fondu vasitəsilə ayrılan vəsaitlər bu prosesdə mühüm yer tutur.

Bu, Ermənistanın bəyan etdiyi "müdafiə strategiyası" ilə heç bir halda uyğun gəlməyən misli görünməmiş silahlanma miqyasını nümayiş etdirir. Bütün bu addımlar açıq şəkildə aqressiyaya hazırlığın göstəricisidir.

Ermənistanın hərbi infrastrukturunun daha bir mühüm elementi Lori vilayətinin Xarkop kəndində yunan tərəfinin fəal dəstəyi ilə tikintisi başa çatmaq üzrə olan körpüdür. Bu, mühüm logistik obyekt olaraq qoşunların və texnikanın döyüş bölgəsinə sürətli şəkildə daşınmasına imkan verəcək. Beləliklə, sərhəddə qısa müddət ərzində qüvvələrin kəskin şəkildə artırılması üçün şərait yaradılır ki, bu da qəfil hücum ssenarisi üçün kritik əhəmiyyət daşıyır.

Sadalanan bütün faktlar yeni münaqişə eskalasiyasına yönəlmiş vahid strateji planın mövcudluğunu açıq şəkildə təsdiqləyir. Bu vəziyyətdə mümkün döyüş əməliyyatlarının yenidən başlanmasına görə bütün məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşəcək. Azərbaycan dəfələrlə sülh dialoquna hazır olduğunu nümayiş etdirib, lakin hər hansı güc yolu ilə ssenariyə cəhdlər dərhal qarşısı alınacaq. Bakı öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün yetərli imkanlara malikdir.

Ermənistan rəhbərliyi yeni hərbi təxribat planlaşdırmaqla səhv hesablamalara yol verir, lakin bu addımlar elə Ermənistanın özü üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. 

"Dəmir Yumruq" yerindədir və ölkəmizə qarşı hər hansı avantüra sərt və ildırımsürətli cavabla qarşılanacaq, bundan sonra İrəvan yenidən aman diləmək məcburiyyətində qalacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyinin hələ ki, düşünmək üçün vaxtı var. Əks halda, İrəvanda olan bütün tikinti texnikası "Yerablur"a yönəldiləcək. Nə üçün? Yeni "200 yükü" karvanları üçün yer genişləndirmək məqsədilə.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri