Ermənistan Azərbaycandan qaz almaq istəyir
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Rusiya qazından asılılığını azaltmaq üçün alternativ təchizatçılardan qaz almaq üçün danışıqlar aparır.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” Ermənistan mənbələrinə istinadla məlumat yayıb.
Mənbə qeyd edib ki, söhbət İran və Azərbaycandan gedir:
“İran qazının idxalının həcminin artırılması ehtimalı iyulda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyanın İrana səfəri zamanı müzakirə olunub. Gələcəkdə Azərbaycan qazının TRİPP (“Tramp marşrutu”) layihəsi çərçivəsində planlaşdırılan yeni boru kəməri vasitəsilə də tədarükü mümkündür.
Rusiya ilə Ermənistan arasında münasibətlərin dondurulması fonunda Moskva əvvəllər bildirmişdi ki, əgər İrəvan Avropa Birliyinə inteqrasiya kursunu davam etdirsə, Ermənistana verilən bir sıra imtiyazlar, o cümlədən Rusiya qazının tədarükü şərtləri yenidən nəzərdən keçirilə bilər”.
Baxış sayı:110
Bu xəbər 11 Avqust 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















