Icma.az
close
up
RU
“Ermənistan Azərbaycandan tezliklə qaz almaq istəyir”

“Ermənistan Azərbaycandan tezliklə qaz almaq istəyir”

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Təbii ki, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artırılması sülh gündəliyinin əsas istiqamətlərindən biridir. Çünki BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) tədbirində də cənab Prezidentlə Ermənistanın Baş naziri arasında keçirilən görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi tərəflər tərəfindən müsbət qarşılandı".

Bunu Musavat.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov İrəvanın Bakıdan mavi yanacaq almaq niyyəti barədə danışarkən söyləyib.

Son gəlişmələrə toxunan Milli Məclis üzvünün sözlərinə görə, bu o deməkdir ki, hazırda iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı işlər görülür: “O cümlədən, nəzərə alsaq ki, elektrik enerjisinin ixracı ilə bağlı da görüşlər keçirilib və bu istiqamətdə artıq yaxın vaxtlarda əməkdaşlığın qurulacağı gözlənilir”.

Deputat vurğulayıb ki, Ermənistanın əməkdaşlıq etmək istədiyi istiqamətlərdən biri də mavi qaz idxalıdır: “Ermənistanın Baş naziri Zəngəzur dəhlizi və ya TRIPP yolu vasitəsilə mavi qazın nəql edilməsi məsələlərinin mümkünlüyünü xüsusi vurğuladı. Bu da ondan xəbər verir ki, rəsmi İrəvan Azərbaycan qazını almaqda maraqlıdır və daha qısa müddətdə buna nail olmaq istəyir”.

V.Bayramov bir daha xatırladıb ki, hər halda, Azərbaycan sülh gündəliyinə sadiqdir:

“Azərbaycan öz ərazisindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb, Ermənistana yanacaq məhsulları ixrac edir. Ona görə də gözləntimiz ondan ibarətdir ki, Ermənistan tərəfi də sülh gündəliyinə sadiqliyini davam etdirərsə, konstitusiyada edilən dəyişikliklər daha qısa zamanda reallaşarsa və sülh müqaviləsi bağlanarsa, biz daha tez zamanda iqtisadi əlaqələrin dərinləşməsini müşahidə edəcəyik. Hətta son müzakirələr göstərir ki, sülh müqaviləsinə qədər də iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə mövzularındandır. Bu baxımdan istisna deyil ki, biz Azərbaycanın mavi yanacağının Ermənistan bazarına daxil olmasını müşahidə edə bilərik”.

Qeyd edək ki, Kremlin Ermənistana satılan mavi yanacağın qiymətinin artırıla biləcəyi barədə təhdidlərə reaksiyasında baş nazir Nikol Paşinyan ölkəsinin Rusiyadan heç də ucuz qaz almadığını deməklə cavab verib və İrəvanın iqtisadiyyatın şaxələndirilməsi çərçivəsində başqa ölkələrə üz tuta biləcəyini istisna etməyib. Bundan sonra isə Rusiya sentyabr ayı ərzində 10 gün müddətində Ermənistana qaz nəql edən kəmərdə təmir işlərinin aparılacağını əsas gətirərək mavi yanacağın Ermənistana idxalını dayandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Sentyabr 2026 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri