“Ermənistan Azərbaycanın ATƏT in Minsk Qrupunun buraxılması təklifini dəstəkləməyə hazır olduğunu açıqlayıb”
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək üçün mümkün qədər tez məsləhətləşmələrə başlamağa hazır olduğunu təsdiq edir”.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi də bununla bağlı öz mövqeyini açıqlayıb.
"Müəyyən ilkin şərtlər var. Mövzulardan biri ATƏT-in Minsk qrupunun buraxılmasıdır ki, bu da bizim üçün məqbuldur", - deyə siyasətçi vurğulayıb.
Mirzoyan qeyd edib ki, ATƏT-in Minsk qrupunun buraxılması və sülh müqaviləsinin imzalanması prosesləri eyni vaxtda aparılmalıdır.
"Eyni anda iki sənəd imzalana bilər", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















