Icma.az
close
up
RU
Ermənistan ATƏT in “Minsk” qrupunun buraxılması ilə bağlı haqlı şərtimizdən boyun qaçırmağa çalışır

Ermənistan ATƏT in “Minsk” qrupunun buraxılması ilə bağlı haqlı şərtimizdən boyun qaçırmağa çalışır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Parlament Assambleyası, ATƏT-in Minsk qrupu birmənalı şəkildə antiAzərbaycan mövqeyi tuturdu. Bu məsələlər Azərbaycan xalqı tərəfindən çox kəskin qarşılanırdı. Hətta bu vəziyyəti bir qədər də qəlizləşdirən ATƏT-in “Minsk” qrupunun Strasburq və Avropa Şurasının tribunalarından, ABŞ-ın, Fransanın və Rusiyadan olan həmsədrlərin birgə bəyanatının beynəlxalq ictimaiyyətə bu fikrin yeridilməsi də Azərbaycan xalqı tərəfindən neqativ şəkildə qarşılanırdı. Çünki onlar çalışırlar ki, o monopoliyanı bir növ rəsmiləşdirmiş olsunlar. Cənab Prezident ADA Universitetində keçirilən tədbirdə çox dəqiqliklə ATƏT-in Minsk qrupunun fəaliyyətinə siyasi qiymət vermiş oldu. Eyni zamanda vurğulandı ki, artıq Minsk qrupuna ehtiyac yoxdur və bu qrupun formal buraxılması sadəcə olaraq günün tələbidir. Yəni əgər sturuktur de-yure mövcuddursa, de-fakto olaraq da mövcud deyil. Ermənistan tərəfini də bu prosesə, dəvət etmişik”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, bir qayda olaraq yeni mövcud prosedurlara görə Azərbaycan da, Ermənistan da ATƏT-ə həmin “Minsk” qrupunun buraxılması ilə bağlı müraciət etməlidir. Deputatın sözlərinə görə, bu gün Ermənistan çalışır ki, Azərbaycanın bu haqlı şərtindən bir növ boyun qaçıra bilsin, Azərbaycan da bu məsələnin həllində israrlıdır.

Azər Allahverənov

Azər Allahverənov qeyd edib ki, bir neçə gün əvvəl ATƏT-in baş katibi Sinirlioğlu ilə keçirilən görüş zamanı da Azərbaycanın bu mövqeyi birmənalı şəkildə ona çatdırılıb.

“Bu məsələdə də Ermənistan da Azərbaycanla birlikdə zəruri addımlar atmalıdır. Eyni zamanda burada bir fikir də xüsusilə qeyd olunur ki, ATƏT-in Azərbaycanla əməkdaşlıq etməsi məsələləri ATƏT-in diqqət mərkəzindədir. Hazırda ATƏT müxtəlif müstəvilərdə bu və ya digər formada Azərbaycanda təhlükəsizlik və demokratik institutların inkişafı, məhkəmə islahatlarının aparılması və digər istiqamətdə müxtəlif layihələr həyata keçirir. Onlar bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirirlər. Təbii ki, bunun ətrafında müəyyən bir fikir mübadiləsi də aparılıb. Elə bu görüşün də nəticəsi olaraq, ATƏT-lə əməkdaşlığa dair perspektivlərin nədən ibarət olduğunu biz yaxın vaxtlarda görə biləcəyik”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see250

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see248

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see220

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see151

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see146

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see140

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri