Icma.az
close
up
RU
Ermənistan azərbaycanlılara qarşı zorakılıq törədib AÇIQLAMA Yeni Gündəm

Ermənistan azərbaycanlılara qarşı zorakılıq törədib AÇIQLAMA Yeni Gündəm

Yenigundem saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Baş Prokurorluğu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə bağlı geniş açıqlama yayıb. Bildirilir ki, Ermənistan tərəfindən həyata keçirilən son deportasiya zamanı 216 azərbaycanlı amansız şəkildə qətlə yetirilib, 6 522 nəfər isə zərərçəkmiş şəxs kimi qeydə alınıb. Prokurorluğun məlumatına görə, deportasiya dövründə azərbaycanlılara qarşı sistemli şəkildə kütləvi hüquq pozuntuları, zorakılıq və cinayət əməlləri törədilib.

Baş Prokurorluq bu cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və hüquqi qiymət verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirir. Hazırda bu məsələ ilə bağlı araşdırmalar davam edir və toplanan materialların hüquqi müstəvidə təqdim olunması planlaşdırılır.

Məsələ ilə bağlı Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət BabaoğluErmənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin miqyasına və xarakterinə toxunaraq bunları bildirib:
“1987-1991-ci illərdə Qarabağda azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Bu illər ərzində yüzlərlə azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan öz doğma yurdlarından zorla çıxarılmışdır. Bu proseslər həm insanlığa qarşı cinayət, həm də beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bu cinayətlərin cəzasız qalmaması üçün hüquqi müstəvidə ardıcıl və təsirli addımlar atılmalıdır.”

Deputat əlavə edib ki, bu məsələnin iki mühüm tərəfi var:
“Birincisi, 30 illik işğal dövründə azərbaycanlılara, onların əmlakına, tarixi və dini abidələrinə qarşı törədilən cinayətlər yalnız bir kateqoriya üzrə deyil, müxtəlif qanun maddələri ilə qiymətləndirilməlidir. Hər bir cinayət öz xarakterinə uyğun şəkildə hüquqi məsuliyyət doğurur. İkincisi isə, bu cinayətlərin həllində mülki yanaşma ilə hərbi cinayətkarların tribunal vasitəsilə cəzalandırılması arasında fərqlər var. Hərbi cinayətkarların tribunal yolu ilə məsuliyyətə cəlb edilməsi Balkan müharibələri zamanı tətbiq edilmiş model əsasında həyata keçirilə bilər.”

Hikmət Babaoğlu həmçinin beynəlxalq hüquq çərçivəsində mümkün mexanizmlərə diqqət çəkərək bildirib:
“Beynəlxalq Cinayət Məhkəməsi bu kimi cinayətlərin araşdırılmasında mühüm rol oynaya bilər. Eləcə də, Ermənistanın siyasi mövqeyindən asılı olmayaraq, müəyyən cinayətkarların Ermənistan ərazisində saxlanılaraq Azərbaycanın qanunlarına uyğun cəzalandırılması mümkündür. Bu məsələlər hərtərəfli şəkildə nəzərdən keçirilməli və Azərbaycan hüquqi sistemində bu istiqamətdə konkret addımlar atılmalıdır.”

Baş Prokurorluq isə açıqlamasında vurğulayıb ki, cinayətkarların cəzasız qalmaması üçün bütün mümkün hüquqi və diplomatik mexanizmlərdən istifadə olunacaq. Eyni zamanda, beynəlxalq ictimaiyyətin bu cinayətlər haqqında məlumatlandırılması məqsədilə genişmiqyaslı işlər aparılır. Ermənistanın törətdiyi cinayətlərin hüquqi qiymət alması və ədalətin bərpası üçün müvafiq tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri