Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Ermənistan bunları etməsə, sülh imzalanmayacaq RƏY

Ermənistan bunları etməsə, sülh imzalanmayacaq RƏY

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir:

"Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb".


Nazir həmçinin xatırladıb ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur:

"Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 1 ay əvvəlki müsahibəsində ilin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəyini bildirib.


Azərbaycan-Ermənistan arasındakı sülh proseslərini "Sherg.az"a dəyərləndirən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması sahəsində artıq kifayət qədər iş görülüb: 



"Dörd ildən çoxdur ki, İkinci Qarabağ müharibəsi sona çatıb və Azərbaycanın təşəbbüsü ilə 2021-ci ilin əvvəlindən sülh istiqamətində müzakirələr başlanıb. Bu müddət ərzində Azərbaycan, sərt və yumşaq diplomatiya metodlarından istifadə edərək, Ermənistanla bir sıra mühüm uğurlar əldə edib. Bu uğurlar arasında, Ermənistanın iştirakı olmadan, ilk dəfə olaraq bəyanatların verilməsi və problemlərin müzakirə edilməsi yer alır. Həmçinin, sərhədlərin delimitasiya və demarkasiya prosesi başlanıb və 12,7 km məsafədə bu proses həyata keçirilib. Azərbaycanın dörd kəndinin yenidən nəzarətə alınması isə Ermənistanın razılığı ilə baş verib. Bütün bu nailiyyətlər Azərbaycanın israrlı mövqeyi və Ermənistana göstərilən təzyiqlər nəticəsində mümkün olub. Ermənistan, bu prosesi dəfələrlə heç bir əsas olmadan uzatmağa çalışsa da, müzakirələr davam edib.  Ermənistanın sülhə yönəlik bəyanatları və rəsmi şəxslərinin beynəlxalq ictimaiyyətə sülh istədiklərini göstərən addımları yalnız görüntüdən ibarətdir. Əslində isə, bu addımların arxasında başqa niyyətlər dayanır.

Biz bilirik ki, 17 maddədən ibarət sülh müqaviləsinin preambulası və 15 maddəsi üzrə razılığa gəlinib, amma qalan iki maddə ilə bağlı Ermənistan ya razılaşmaq istəmir, ya da yalnız bəzi şərtlərlə razılaşmağa çalışır. Bu isə bəzi maddələrin daha əhəmiyyətli, digərlərinin isə əhəmiyyətsiz olduğu təəssüratını yaradır. Halbuki, sülh müqaviləsinin hər bir bəndi tam şəkildə razılaşdırılmalıdır. Əgər razılıq əldə olunmazsa, bu, sazişin imzalanmasını qeyri-mümkün edir".


Ekspert əlavə edib ki, sülh müqaviləsi üzrə bütün məsələlər razılaşdırılsa belə, Ermənistan, əgər sülh müqaviləsinin nəzərdə tutduğu konstitusiya dəyişikliklərini həyata keçirmək niyyətində deyilsə və öz konstitusiyasının preambula hissəsinə, həmçinin SSRİ-nin dağılmasından sonra qəbul etdiyi müstəqillik bəyannaməsinə istinad edirsə  - bu bəyannamə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir - o zaman sülh müqaviləsinin imzalanması qəti şəkildə mümkünsüz olur:

"Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi və ATƏT-in Minsk Qrupunun artıq mövcud olmayan bir institut olaraq rəsmi ləğvini qəbul etməməsi də bu mövqeyin davam etdiyini göstərir. Həmçinin, Ermənistanın silahlanma prosesini davam etdirməsi və uzaqmənzilli silah sistemləri əldə etməsi onun sülhə deyil, növbəti revanşist müharibəyə hazırlaşdığını ortaya qoyur. Belə bir dövlətlə sülh müqaviləsinin imzalanması hazırkı perspektivdə real görünmür. Mən düşünmürəm ki, ilin sonuna qədər bu məsələ həllini tapsın. Ermənistanın revanşist mövqeyi davam etdikcə, sülh sazişi ilə bağlı danışıqlar dalana dirənməyə davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri