Ermənistan çalxalanır: 60 nəfər binaya belə daxil oldu VİDEO
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti hazırda Gümrü bələdiyyəsində əməliyyat keçirir.
Globalinfo.az xəbər verir ki, xüsusi təyinatlıların hazırda bələdiyyə zalında axtarış apardığı bildirilir.
Məlumata görə, bələdiyyə sədri Vardan Qukasyan saxlanılıb. Hazırda ərazidə əhali arasında ciddi təşviş yaşanır. İlkin iddialara əsasən, bələdiyyədə korrupsiya halları ilə bağlı ittihamlar var.
MTN-nin 60-70 nəfərlik xüsusi təyinatlısının anidən və zorla binaya daxil olduğu deyilir.
Əməliyyat başa çatdıqdan sonra detallar açılanacaq.
Qeyd edək ki, yaz aylarında Gümrüdə səs-küylü bələdiyyə seçkiləri keçirildi. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqvailə Partiyası seçkilərdə müxalifətə ciddi fərqlə uduzdu. Bu, Paşinyan hökumətinin iflası və 2026-cı ildə keçiriləcək parlament seçkilərində də məğlubiyyət anonsu kimi dəyərləndirildi.
Əliyar Xəlil
Globalinfo.az


