Icma.az
close
up
RU
Ermənistan gec tez Azərbaycanın regionda artan gücü ilə barışmalı olacaq ŞƏRH

Ermənistan gec tez Azərbaycanın regionda artan gücü ilə barışmalı olacaq ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

"Sülh müqaviləsinə imza atmaq Ermənistan və dünya erməniləri üçün ən rasional qərardır"


Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı təbrik çıxışında bir sıra önəmli mesajlar verdi.  Ermənistan öz siyasətində Cənubi Qafqazda yaradılmış yeni reallıqları nəzərə alacağına ümid etdiyini vurğulayan ölkə başçısı  2024-cü ildə baş verən  önəmli hadisələri xatırladıb. Bildirib ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi: 

" Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla".

Prezident həmçinin vurğulayıb ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı: " Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq.

Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib".

 

Ölkə başçısının çıxışını şərh edən millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında deyib ki, Qarabağdan söz düşən zaman cənab prezident belə bir cümlə işlətdi: 

"İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi." Diqqət yetirirsinizsə, burada təkcə suverenliyin bərpasından yox, həm də Qarabağın hayların yerləşdirildiyi hissəsinin də işğalçılardan azad edilməsindən söhbət gedir.  


Ermənilərin Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış reallıqları qəbullanması faktoruna gəldikdə isə deputat deyib ki, haylar qərb dairələri tərəfindən elə bir "xəstəliyə yoluxdurulub"lar ki, onlar region ölkələri, xüsusən də türklərlə dostluq münasibətlərində çətin yaşayalar: "Özünə hörmət edən heç bir toplum bunu etiraf etməz, lakin ermənilər tarix boyu əsas missiyaları "forpostluq"dan ibarət olub. Ermənistan əgər regionda müstəqil siyasət yeritmək istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. 

İqtisadi baxımdan münasibətlərin normallaşması onlar üçün daha əhəmiyyətli üstünlüklər vəd edir.

Hətta deyərdim ki, sülh müqaviləsinə imza atmaq Ermənistan və dünya erməniləri üçün ən rasional qərardır.

Ermənilər genetik olaraq gücə yıxılan toplum rolunu oynayıblar. Ona görə də gec -tez Azərbaycanın regionda artan gücü və yaratdığı reallıqlarla barışmalı olacaqlar. 

Məhz bu güc Ermənistanın baş naziri Nikol Paşinyana Qarabağ Azərbaycandır dedirtdi. Cənab prezidentin də təbrik çıxışında vurğuladığı kimi Qazaxın 4 kəndini 1 güllə belə atılmadan Azərbaycana qaytardı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə də kapitulyasiyaya məruz qalan Ermənistan Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz qaytarmaq məcburiyyətində qalmışdı. 

Azərbaycanın günü-gündən artan nüfuzu və qüdrəti Ermənistanı gec-tez sülh müqaviləsi imzalamağa da məcbur edəcək. 

Yuxarıda da qeyd etdiyim kimi ermənilər bu günə qədər öz vəzifələrini kiminsə "forpost"u olmaqda görüblər. Ona görə də  Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırıb müstəqil siyasət yeritmək düşüncəsi onları çəkindirir. Madam ki, bufer olmağa öyrəşiblər, o zaman Azərbaycanın tərkibində, daha əvvələ getsəm Osmanlı İmperiyasının tərkibində  yaşadıqları illəri yada salsınlar.  Ermənilər praqmatik millətdir, bir halda ki öz talelərini buferlikdə görürlər o zaman türklərin "forpostu" olmağı seçsinlər. Qərbin, İranın, Rusiyanın əlində oyuncaq olmaq Ermənistana faciədən  və ləyaqətsiz bir topluma çevrilməkdən başqa heç nə gətirmədi".

S. Alıyev sonda təəssüflə vurğulayıb ki,  Azərbaycanın regionda sülhün bərqərar edilməsində və dayanıqlı olmasında göstərdiyi cəhdlər  də Ermənistan tərəfindən düzgün qiymətləndirilmir. Ermənistan öz siyasəti ilə bu regiona xəyanət edərək, təhlükəsizliyini sual altına alan addımlar atmaqda davam edir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Yanvar 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri