Ermənistan görünməmiş imkanlar qazanıb Paşinyan
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda mətbuat konfransı keçirir.
Modern.az Ermənistan KİV-nə istinasdən xəbər verir ki, Paşinyan çıxışı zamanı bir sıra siyasi və sosial-iqtisadi məsələlərə toxunub.
Baş nazir bildirib ki, Ermənistan qurbanlar bahasına özü üçün görünməmiş imkanlar yaradıb.
Onun fikrincə, ən mühüm fürsət Ermənistanın uzunömürlü olması ilə bağlı nəzəri tezisin praktiki reallığa çevrilməsidir.
Nikol Paşinyanın sözlərinə görə, “Real Ermənistan” ideologiyası erməni xalqı arasında geniş şəkildə qəbul edilir.
"Ermənistanın beynəlxalq nüfuzu durmadan artır, Ermənistan şimalda, cənubda, şərqdə və qərbdə xoş tərəfdaşdır", - o qeyd edib.
Paşinyan “Gələcək var” şüarının həyata keçirildiyini bildirib.
“İndi mən bəyan edə bilərəm ki, gələcək bu gündür”, - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















