Icma.az
close
up
RU
Ermənistan hakimiyyətinin əsas məqsədi sülh müqaviləsi imzalamaq deyil, sadəcə vaxt uzatmaqdır

Ermənistan hakimiyyətinin əsas məqsədi sülh müqaviləsi imzalamaq deyil, sadəcə vaxt uzatmaqdır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir". Bu barədə jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib. Kaya Kallas hesab edir ki, Bakı və İrəvan sazişi əldə etməyə çox yaxındırlar: "Düşünürəm ki, sülh sazişinin tezliklə imzalanması bütün tərəflərin maraqlarına cavab verir". Ali nümayəndə vurğulayıb ki, sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırır.Müharibədən 5 il keçib. Sülh müqaviləsi niyə gecikir?

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı ilə İrəvan sazişi əldə etməyə çox yaxındır və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı artıq neçə müddətdir söhbət gedir.

Elşad Musayev

“İki-üç il bundan əvvəl də bizimkilər deyirdilər ki, "bu gün imzalanacaq, sabah imzalanacaq". Bizim mövqe ondan ibarət idi ki, Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil, Paşinyan vaxt qazanmaq istəyir. Doğrudan da, bu illər ərzində biz dediyimiz kimi oldu, vaxt qazandı. Həm siyasi rəqiblərini sıradan çıxarmaq imkanı əldə etdi, eyni zamanda kənardan xeyli iqtisadi dəstək aldı və paralel olaraq da vaxtı uzada bildi. İndiki halda da mənim proqnozum ondan ibarət idi ki, 2026-cı ilə qədər Paşinyan məsələni uzatmağa çalışacaq. Bəlkə də, 2027-ci ilə qədər məsələ uzandı. Ermənistan hakimiyyətinin əsas məqsədi sülh müqaviləsi imzalamaq deyil, vaxtı uzatmaqdır. Sülh müqaviləsi imzalamaq üçün Azərbaycanın qoyduğu şərtlər var ki, bu fonda Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan bunu yerinə yetirmir və dünyaya car çəkir ki, "Azərbaycanla məsələləri razılaşdırmışıq". Ermənistanın konstitusiyasında olan vacib müddəalar var ki, onlar götürülməli və konstitusiyaya dəyişiklik edilməlidir. Azərbaycanın tələbi budur. Paşinyan onları götürmür”-deyən Elşad Musayev vurğulayıb ki, sülh sazişi deyilsə də, işğal altında torpaqlarımız var və onları da boşaltmırlar, Zəngəzur dəhlizi də açılmır.

Elşad Musayev hesab edir ki, qısa müddətdə sülh sazişi imzalanmayacaq. Deputatın fikrincə, hadisələrin gedişi göstərir ki, Ermənistan ənənəvi vəziyyəti uzatmaq üçün gərginləşdirmək xətti götürüb və əsas məsələlərin gündəmdən çıxmasına çalışır.

Deputat bildirib ki, bu gün gündəmdə Zəngəzur dəhlizinin açılması, Qazax rayonunun üç kəndinin və Kərkinin işğaldan azad olunması məsələsi yoxdur.

“Belə sözlər havada fırlanır, amma dəqiq iş görülmür. İndiki dövrdə sülh sazişini qısa müddətdə imzalanacağını gözləmək sadəlövhlük olardı”-deyə Elşad Musayev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri