Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Ermənistan hərbçilərinin törətdikləri vəhşiliklər, qətllər təsdiqini tapır

Ermənistan hərbçilərinin törətdikləri vəhşiliklər, qətllər təsdiqini tapır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 11-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında Şəhid Rəsul Süleymanlının anası Günel Süleymanova  və şəhid Həsən Əkbərovun anası Sənubər Əkbərova oğullarının 2020-ci ildə Vətən müharibəsində həlak olduğunu bildiriblər. Aybəniz Orucova 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü, işgəncələrə məruz qaldığını, qardaşı da daxil olmaqla doğmalarının qətlə yetirildiyini deyib.

Aqil Əhmədov 1997-ci ilin aprel ayında Horadiz istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralanaraq əsir götürüldüyünü, barəsində ölüm “hökm”ü çıxarıldığını söyləyib.

Zərərçəkmiş şəxs Hafizə Səfərova 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb, atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. 

Şəhid Oruc Cabbarovun anası Ülviyyə Cabbarova övladının Vətən müharibəsində həlak olduğunu bildirib. Səidə Cəfərova 1992-ci ildə Xocalıda soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində güllə yarası aldığını bildirib. Zərərçəkmiş şəxs soyqırımı zamanı düşmənin qocaları, uşaqları, qadınları kütləvi şəkildə qətlə yetirdiyini söyləyib. Kənan Vahidli, Özal İsmayılov, Rəvan Məmmədov isə 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Sunay Adıgözəlov 2023-cü il oktyabrın 5-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində yaralandığını söyləyib. Asəf Xudiyev 2020-ci il noyabrın 14-də ANAMA əməkdaşı qismində minatəmizləmə fəaliyyəti ilə məşğul olarkən Füzuli rayonunun Alxanlı kəndində mina partlaması nəticəsində xəsarət aldığını deyib. Emin Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi zamanı əsir götürüldüyünü bildirib. Əlləri məftillə bağlanılıb, döyülüb, işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib.  

Nurəddin Yolçuyev Vətən müharibəsi zamanı, yaralandığını, əsir götürüldüyünü söyləyib. O döyülüb, işgəncələrə məruz qalıb. Seymur Əhmədov, Rafail Zülfüqarov, Mətləb Allahverdiyev müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüklərini bildiriblər. Onların hamısı döyülüb, işgəncələrə məruz qalıb. M.Allahverdiyevin ağzındakı qızıl dişləri zorla çıxarılıb. Mübariz Məmmədov 1992-ci il sentyabrın 1-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yaralanması nəticəsində əsir götürüldüyünü bildirib. 

Xəyal Abdullayev 2022-ci il mayın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində mal-qara otararkən minaya düşdüyünü deyib. Vüqar Mehdiyev 1993-cü il oktyabrın 23-də Füzuli rayonunda girov götürüldüyünü bildirib. Elşən Xəlilov 2021-ci il iyulun 12-də Füzuli rayonunda sursatın partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Bəxtiyar Tağıyev 1992-ci il dekabrın 8-dən 9-na keçən gecə Zəngilanda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Əsirlikdə olarkən döyülüb, işgəncələrə məruz qalıb. Əli Talıbov ifadəsində 1996-cı ildə Naxçıvanda hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü söyləyib. Əsirlik zamanı burnu sındırılıb, dəfələrlə huşu itənədək döyülüb.

Dağlar Teymurov 2016-cı ildə Aprel döyüşləri və 2020-ci ildə Vətən müharibəsi zamanı xəsarət aldığını söyləyib. Namət Məmmədov 1994-cü ildə Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, işgəncələrə məruz qaldığını deyib. Cavanşir Hacıyev 2021-ci il aprelin 5-də Qubadlı rayonunda minaya düşərək xəsarət aldığını söyləyib. Alışan Səfərov 2022-ci il fevralın 18-də Tərtərdə yolda mina partlaması nəticəsində xəsarətlər aldığını deyib.

Tərtər rayon sakinləri - Yadigar Səfərov, Müşfiq Qurbanov və Xasay İbrahimov Ermənistan silahlı qüvvələrinin müxtəlif vaxtlarda artilleriya zərbələri endirmələri nəticəsində yaşadıqları evlərinin yararsız vəziyyətə düşdüyünü söyləyiblər.

Ramiz Hüseynov 1993-cü ildə Cəbrayılda mina partlaması nəticəsində yaralandığını deyib. İlqar Nəcəfov Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonuna hücum etməsi nəticəsində 1993-cü il aprelin 2-də yaşadığı torpaqlardan məcburi köçkün düşdüyünü deyib. Rəhman Hüseynov 1993-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndindən məcburi köçkün düşdüyünü bildirib. Həmin vaxt atası itkin düşüb.

Zərərçəkmiş şəxslər - İsmayıl Abbasov, Nəbi Əzimov, Almara Qurbanova, Vaqif Çıraqov, Sevda Məmişova, Xalıqverdi Nəsibov, Nahid Hüseynov, Faiq Abbasov, Elşən Mirzəyev, Əlövsət Musayev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadıqları ərazilərdən (Şuşa, Ağdərə, Kəlbəcər) məcburi köçkün düşdüklərini söyləyiblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Arayik Harutyunyanın, David Manukyanın, David Babayanın, Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 14-də davam etdiriləcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see180

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see126

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri