Icma.az
close
up
RU
Ermənistan hökuməti barışığa kömək etməli və azərbaycanlılara qarşı ayrıseçkilik siyasətinə son qoymalıdır DEPUTAT

Ermənistan hökuməti barışığa kömək etməli və azərbaycanlılara qarşı ayrıseçkilik siyasətinə son qoymalıdır DEPUTAT

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

"Ermənistan hökuməti barışığa kömək etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır" - DEPUTAT

1987-ci ilin noyabr ayında Ermənistan SSR-nin müxtəlif bölgələrindən qərbi azərbaycanlıların məcburi şəkildə çıxarılması, 1987-1991-ci illər arasında baş verən sonuncu deportasiya dalğasının başlanğıcı idi. Bu deportasiya zamanı azərbaycanlılar zorla yurdlarından çıxarılmış, evləri talan edilmiş, kəndlər boşaldılmış və çoxu fiziki zorakılığa məruz qalmışdır. Ermənistan rəhbərliyi- ilk prezidenti Levon Ter-Petrosyan və həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaradılmış qondarma qurumun hərbi-siyasi liderlərindən olan Robert Koçaryan və Serj Sarkisyan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmədə əsas rol oynayan şəxslər sırasındadır. Onların göstərişi altında həyata keçirilən bu etnik təmizləmə prosesləri nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır.

Ararat Mirzoyan yenə sərsəm açıqlama ilə iddia edir ki, azərbaycanlılar Ermənistanı sivil formada tərk ediblər, kompensasiya alıblar və könüllü gediblər. Ancaq yalan ayaq tutar, yeriməz. Petrosyanın etirafları həqiqəti 10 illər keçsə belə ifşa edir. mülki əhalinin məcburi köçürülməsi, mülklərinin talan edilməsi və mədəni irsin məhv edilməsi ilə müşayiət olunub. Bütün bunlar insanlıq əleyhinə törədilmiş cinayətlərdir və dünya ictimaiyyətinə Petrosyanın öz dilindən etiraf etdiyi kadrlarda nümayiş etdirilib.

Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqınlar həmin illərdə nəinki Ermənistandan təzminat, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən heç bir yardım və kompensasiya, hətta qida və sığınacaq dəstəyi ilə təmin edilmədilər.

Beynəlxalq humanitar təşkilatlar və donorlar tərəfindən ayrı-seçkilik və diskriminativ münasibətlə üzləşmişdilər. Onlar Azərbaycanın digər bölgələrinə pənah gətirmişdilər. Mandatına uyğun olaraq etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq humanitar yardım göstərmək vəzifəsi olan humanitar təşkilatlar hələ o vaxtdan azərbaycanlılara qarşı ayrı-seçkilik xətti tutmuşdular.

Qərbi Azərbaycandan gələn yüz minlərlə qaçqın ayaqda durmaq və həyatını davam etdirməyi bacardı. İcma olaraq üzləşdiyimiz böyük çətinliklərə və insan itkisinə baxmayaraq, xüsusən də 90-cı illərdə Ermənistan tərəfindən Qərbi Azərbaycanlıların kütləvi surətdə deportasiyasından sonra da azərbaycanlılar öz qaçqın cəmiyyətlərini 1989-cu ildə yaradaraq bu icma ətrafında sıx birləşdilər.

Etnik qrupların hüquqlarına hörmət və qaçqınların geri qayıtmaq hüququnun həlli demokratiya və qanunun aliliyinin vacib elementləridir. Qaçqınların hüquqlarının müdafiəsi və təşviqi beynəlxalq qanunvericiliyin və konvensiyaların tələbləridir. 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi 194 saylı Qətnamədə öz evlərinə qayıtmaq və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən qaçqınlara mümkün olan ən qısa müddətdə bunu etməyə icazə verilirdi.

BMT-nin Qaçqınların Statusu ilə bağlı Konvensiyası, qaçqınların hüquq və müdafiəsini müəyyən edən beynəlxalq müqavilədir. Konvensiya qaçqınların qanuni müdafiə hüququ, hərəkət azadlığı, təhsil almaq hüququ və işləmək hüququ da daxil olmaqla sahib olduqları hüquq və müdafiələri müəyyən edir. 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) iki əsas ideal üzərində qurulub:

1. Ümumbəşəri insan hüquqlarının təmin edilməsi və strategiyanın "heç kəsi geridə qoymamağı" təmin etmək.
2. DİM-lərə səmərəli şəkildə nail olmaq üçün qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyətinin yaxşılaşdırılması və davamlı həll yollarının həyata keçirilməsi zəruridir.

Qərbi Azərbaycan icmasının ədalət və sülhün bərqərar olması üçün beynəlxalq hüquqa, tarixi faktlara və sübutlara əsaslanan qayıdış konsepsiyası hazırlanıb qəbul edilmişdir.

Sənədin əsas məqamları indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların nəslinin öz vətənlərinə qayıtmaq hüququnu beynəlxalq qanunvericliyin tələbi kimi izah edir.

Bu hüququn layiqli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin edilməlidir.

Ermənistan hökuməti barışığa kömək etmək, məhv edilmiş Azərbaycan mədəni irsini bərpa etmək və qorumaq üçün səy göstərməli, həyata keçirdiyi yer adı dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır.

İcma geri dönüş prosesində və ondan sonrakı dövrdə Qərbi Azərbaycanlıların qanuni təmsilçisi və maraqlı tərəfi kimi bütün müvafiq proseslərdə iştirak etməlidir. Beynəlxalq ictimaiyyətə müraciətimiz tarixi vətənlərimizə qayıtmaq haqqında haqlı iddiamızı təsdiq edərək, icmamızın hüquqlarını tanımaqdır.

Pərvanə Vəliyeva

Mili Məclisin deputatı


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 14 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri