Icma.az
close
up
RU
Ermənistan milli nifrət siyasətinə son qoymalıdır

Ermənistan milli nifrət siyasətinə son qoymalıdır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına açıq məktub ünvanlayıb.

Məktubda bildirilir ki, Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti əsrlər boyu davam edib və müxtəlif tarixi dövrlərdə açıq şəkildə özünü göstərib: “Bu məkrli siyasətin 1990-cı illərdə daha da genişləndirilməsi, həm vəzifəli şəxslər, həm də fərdi insanlar, qruplar və təşkilatlar vasitəsilə azərbaycanlı əhaliyə qarşı etnik nifrətə əsaslanan, genişmiqyaslı və sistematik zorakılıq, soyqırımı aktlarının törədilməsi, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yaşayan yüz minlərlə soydaşımızın öz tarixi ata-baba yurdlarından zorla qovulmasına səbəb olub”.

Sənəddə qeyd edilir ki, Ermənistanın iştirakçısı olduğu beynəlxalq müqavilələrə zidd olaraq həyata keçirdiyi bu cinayət aktları ölkənin keçmiş liderləri Levon Ter-Petrosyan, Robert Koçəryan və Serj Sarkisyan tərəfindən dəfələrlə etiraf edilib. Bu etiraflar Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin geniş miqyasını və sistematik şəkildə həyata keçirildiyini aydın şəkildə göstərir: “Son günlər Levon Ter-Petrosyanın mediada və sosial şəbəkələrdə yayılan videolarında söylədiyi fikirlər də Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulması, Qarabağ və ətraf ərazilərdə törədilən soyqırımlarının məhz onların rəhbərliyi altında məqsədli olaraq həyata keçirildiyini bir daha təsdiqləyir”.

Məktubda  deyilir ki, beynəlxalq sənədlər Ermənistanın üzərinə, onun ərazisindən qovulmuş azərbaycanlıların hər hansı bir ayrı-seçkiliyə yol verilmədən, sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq da daxil olmaqla, onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarının nəzərinə çatdırır ki, vaxtilə indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qovulmuş azərbaycanlıların öz vətənlərində yaşamaq hüququna malik olmaları əzəli, toxunulmaz, mütləq və həlledici bir faktor kimi qəbul edilərək təmin olunmalıdır. Ermənistanın milli hüquqi çərçivəsi azərbaycanlılar üçün əlçatan olması məqsədilə təkmilləşdirilməli, onların bərabər hüquqları təmin olunmalı, ana dillərində təhsil almaq, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında Azərbaycan dilindən istifadəyə imkan yaradılmalıdır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri