Icma.az
close
up
RU
Ermənistan itkin düşmüş azərbaycanlıların məlumatlarını beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışır

Ermənistan itkin düşmüş azərbaycanlıların məlumatlarını beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində işlər görülüb”. Bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib. Əli Nağıyev qeyd edib ki, itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan əməkdaşlıq etmək niyyətində olmur və hələ də qeyri-konstruktiv mövqe sərgiləyir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, həm də xalqımıza qarşı soyqırımlar törətmişdir.

Azər Badamov

“Torpaqlarımız işğal altında olduğu 30 ildə Ermənistan özünü qalib və azərbaycanlılara qarşı törətdikləri vandallıqları ilə özlərini qəhrəman hesab edirdilər. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin 750 min azərbaycanlını öz doğma yurdlarından məcburi köçkün halına salmaqla yanaşı , həm də əllərinə düşən şəxlərə qarşı vəhşiliklər edilməsi sübut olunmuşdur. Xocalı soyqırımının qurbanları üzərində, əsir götürənlərə qarşı verilən işğəncələr və onları qətlə yetirdikdən sonra cansız bədənlərinin təhqir olunması ilə bağlı çoxlu faktlar məlumdur. Amma bu gün tarix dəyişilib. Azərbaycan özünün tapadalanmış haqqını bərpa edib. Azərbaycan torpaqlarını işğaldan azad edib və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarır.

Biz qalib olsaq da, 30 ildə erməni vəhşiliyinin qurbanı olmuş və bu gün taleyi məlum olmayan 4 minə yaxın soydaşımızın harda olmasını narahat edir. Təbii ki, uzun illər itkin kimi sayılmış şəxslərin bəziləri işğaldan azad olunmuş ərazilərdə qazıntı işləri zamanı kütləvi məzarlıqlarda tapılır və onların şəxsiyyəti müəyyənləşdirilərək sahiblərinə qaytarılıb dəfn olunurlar. İtkin düşənlərin çox hissəsi isə Ermənistana əsir kimi aparılaraq qul kimi işlədildiyi haqqında məlumatlar dəfələrlə işıqlandırlmışdır”-deyə deputat qeyd edib.

Azər Badamov bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə regionda yeni reallıq yaratmışdır.

“Yaratdığımız yeni reallığı Ermənistan qəbul etməli və beynəlxalq hüquq çərçivəsində 30 ildə itkin hesab olunmuş şəxslər haqqında məlumatları ölkəmizin müvafiq dövlət orqanlarına verməlidirlər. İndi 4 min nəfərin harada olması ilə tam məlumat olmasa da, Ermənistanda itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumatların mövcud olduğunu hesab edirəm. Çünki, onlar azərbaycanlıları qətlə yetirmək və onları əsir saxlamaq özlərinə qəhrəmanlıq hesab edirdilər. Bütün hadisələrin materialları saxlanılır. Bu gün də Ermənistan özünün düşmən niyyətlərini davam etdirərək bu məlumatları Azərbaycana verməməkdə davam edir. Bu, birinci növbədə onıların nə qədər vəhşi və cinayətkar bir xalq olduğunu sübut edir”-deyən deputat qeyd edib ki, digər tərəfdən onlar öldürdükləri insanları gizli saxlamaqla özlərinin törətdikləri hərbi cinyətlərini beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri