Ermənistan KİV: Azərbaycanla sərhədin delimitasiyası Tavuş istiqamətindən başlayıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Ermənistanın Tavuş vilayətindən dünəndən etibarən Ermənistan-Azərbaycan şərti sərhədində delimitasiyanın başlandığı və bir neçə saat ərzində tərəflərin ölçmələr apardığı barədə məlumatlar daxil olur".
Oxu.Az-ın məlumatına görə, bu barədə "Hraparak" qəzeti yazır.
Nəşr Ermənistanın baş naziri Nikol Paşinyanın regionun qubernatoru Ayk Qalumyanı yanvarın 27-dən fevralın 10-dək məzuniyyətə göndərdiyinə diqqət çəkib.
"Dünən qubernatorun qardaşı, Ermənistanın hakim Vətəndaş Sazişi partiyasından olan deputat Vaqe Qalumyan bəyan edib ki, delimitasiya prosesinin başlayıb-başlamadığını bilmir", - deyə müəllif qeyd edib.
Nərdə vurğulanır ki, sərhədlərin delimitasiyası üzrə komissiya ötən həftə heç bir təfərrüat təqdim etmədən prosesin Ermənistanın şimalından bərpa olunacağını bildirib.
İşlərin aparılması prinsiplərinə gəlincə, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, qərarların necə qəbul edilməsi, necə görünməsi və necə qüvvəyə minməsinin dəqiq göstərildiyi təsdiqlənmiş reqlament var və delimitasiya ilə bağlı bütün suallara bu çərçivədə cavab tapmaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















