Icma.az
close
up
RU
Ermənistan “kollektiv olmaq” istəmir, amma...

Ermənistan “kollektiv olmaq” istəmir, amma...

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İrəvanın KTMT-nin Bişkek   sammitində “iştirak”ına sözardı  

Ermənistan Kollektiv Təhlükəsiz lik Müqaviləsi Təşkilatının Qırğızıs tanın paytaxtı Bişkekdə keçiriləcək  sammitində iştirak etməyəcək. Bu  barədə məlumatı Rusiya Prezidenti nin köməkçisi Yuri Uşakov verib.  

Qeyd edək ki, Ermənistan neçə müd dətdir KTMT-nin toplantılarını boykot  yolu tutur. Əvvəl bununla bağlı mənzərə,  kifayət qədər dramatik idi. Qurumda ha kim rol oynayan Rusiyanın rəsmiləri İrəva nı geri qaytarmaq məqsədilə ictimai rəyə,  müəyyən mənada, şantaj xarakterli, ancaq  heç bir faydası olmayan subliminal mesaj lar ötürürdülər. Lakin indi durum fərqlidir.  Belə təəssürat var ki, KTMT-də, ən əsası,  Moskvada Ermənistanın, yumşaq desək,  intizamsızlığına öyrəncəlidirlər. Buna görə  də Uşakov sanki təsəlli tapırmış kimi rəs mi İrəvanın qurumun Bişkek toplantısında  razılaşdırılmış sənədlərin qəbuluna qarşı  olmadığı xəbərini verib. Görünür, Ermə nistanın nazı ilə oynamaq dövrü arxada  qalmayıb. 

Bəli, KTMT müstəvisində Ermənistanın Rusiyaya qarşı şıltaqlığı davam edir. O da məlumdur ki, bu şıltaqlıq 2022-ci ildən başlayıb. Həmin ilin sentyabrında Azərbaycan-Ermənistan şərti sərhədində silahlı insident qeydə alınmış, ordumuz hərbçilərimiz üçün potensial təhlükə yaradan bir neçə strateji yüksəkliyi ələ keçirmiş və baş nazir Nikol Paşinyan administrasiyası durumu müstəqil Ermənistanın ərazilərinə qəsb kimi qiymətləndirərək KTMT-ni köməyə çağırmışdı. Daha doğrusu,

Azərbaycanın hərəkətinə siyasi-hüquqi qiymət verməyə, ölkəmizi işğalçı adlandırmağa.

Əlbəttə, demək olmaz ki, KTMT 3 il əvvəl Ermənistanın səsinə səs vermək istəmədi. Birincisi, təşkilat həm də Azərbaycanla, kifayət qədər sıx münasibətlərdə olan dövlətlərin birliyidir və həmin dövlətlərə tərkibində yer aldıqları qurumun fəaliyyətinin dəqiqliyi önəmlidir. Yəni, hansı halda KTMT Azərbaycana qarşı çıxa bilər? Bu suala prinsipial cavab və yanaşma mütləqdir.

Prinsipiallıq budur ki, həmin vaxt Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasına ümumiyyətlə başlanılmamışdı və bu səbəbdən təşkilatın təsir və səlahiyyət dairəsini müəyyənləşdirmək mümkünsüz idi. Axı qurum üzv ölkənin ərazisinə qəsb olduqda hərəkətə keçmək ixtiyarındadır. Deməli, Rusiya istəsəydi belə, Ermənistana görə KTMT-ni Azərbaycana qarşı qaldıra bilməzdi. Qaydaların pozulması təşkilatda parçalanma doğurardı. Əlbəttə, Moskvanın özünün də KTMT-ni ölkəmizlə konfliktə çəkmək kimi niyyəti olmayıb, çünki istəyi başqa idi.

İkincisi, bilavasitə Rusiyanın istəyindən söz açaq. Kreml üç il əvvəl İrəvana Azərbaycanla şərti sərhəd boyu KTMT qüvvələrini yerləşdirməyi təklif etmişdi. Hesab edirik ki, rəsmi Moskva bunu digər üzv dövlətlərə qəbul etdirə bilərdi. Nəhayət, sərhəddə dayanmaq müharibə aparmaq deyil. Rusiya üçünsə bu, Cənubi Qafqaz siyasi coğrafiyasında silahlı mövcudluğu gücləndirmək anlamı verirdi. Ermənistan təkliflə razılaşmadı və şərti sərhəd xətti boyunca Avropa İttifaqının indi də davam edən mülki müşahidə missiyasının fəaliyyəti üzərində dayandı. Zahirən qəribə vəziyyət yarandı. İrəvan bir tərəfdən KTMT-ni ölkənin təhlükəsizlik çağırışlarına cavab verməməkdə qınayırdısa, digər yandan təşkilatın, belə demək mümkünsə, qoruyucu missiyasının işə düşməsinə əngəl törədirdi.

Əslində, durum fərqli idi. Məsələ ondadır ki, KTMT-nin Ermənistandakı birbaşa hərbi mövcudluğu, dolayısı ilə Rusiyanın hərbi varlığı kimi qəbul ediləcəkdi. Daha doğrusu, Rusiya Ermənistanda onsuz da var olan silahlı mövcudluğunu daha da genişləndirəcəkdi.

Daha bir məqam budur ki, Kreml Azərbaycan-Ermənistan münaqişəsinin həllini yox, dondurulmuş vəziyyətdə qalmasını istəyib. Məsələn, Moskva vaxtilə Qarabağdakı separatçı rejimin də varlığını davam etdirməsində maraqlı idi. Deməli, KTMT qüvvələrinin şərti sərhəddə yerləşdirilmələri eyni məntiqi möhkəmləndirəcəkdi. Təbii ki, durum Azərbaycana sərf etmirdi. Ermənistana da həmçinin. Çünki ölkənin aktiv fazaya malik qərbpərəst xətti var və həmin xətt bu gün də aktuallığını qorumaqdadır.

Əlqərəz, üç il əvvəl əsası qoyulmuş Ermənistan-KTMT ziddiyyətləri tam axarındadır. Amma Uşakovun İrəvanın təşkilatın çıxaracağı qərarlara razılığına dair açıqlamasının üzərində dayanmağa ehtiyac var. Çünki Bişkek sammitində KTMT-yə üzv ölkələrinin liderləri müdafiənin gücləndirilməsinə yönəlmiş 10-dan çox qərar imzalayacaqlar. Bu barədə məlumatı Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalip verib.

“İclasın nəticələrinə görə, kollektiv müdafiə mexanizmlərinin daha da gücləndirilməsinə, üzv dövlətlərin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə və hərbi-siyasi sahədə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ondan çox qərarın imzalanması planlaşdırılır”, - deyən Qırğızıstan rəsmisinin sözlərinə görə, iclasda Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya lideri Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rəhmon iştirak edəcəklər.

Qeyd edək ki, 2026-cı ildə KTMT-yə sədrlik Qırğızıstandan Rusiyaya keçəcək. Yəni, ikinci onsuz da hakim rol oynadığı qurumda daha çox söz sahibinə çevrilmək yolunda mühüm dividend, əlavə rıçaq əldə edəcək. Təsəvvür edin ki, Avropanın Rusiya təhlükəsinə qarşı ciddi tədbirlər gördüyü, müxtəlif təhlükəsizlik proqramlarına üz tutduğu və bu sahəyə maliyyə vəsaiti ayırmağa hazırlaşdığı bir məqamda, Rusiya KTMT müstəvisində təhlükəsizlik mexanizmlərini gücləndirmək qərarına gəlir. Əslində, meydana paradoksal durum çıxır. Çünki hazırda Rusiyanın təhlükəsizliyi KTMT-də təmsil olunan, məsələn, Qazaxıstanın və ya Qırğızıstanın təhlükəsizliyi anlamı daşımır. Bu mənada yalnız Belarusu istisna saymaq olar, çünki Minsk Moskva ilə daha sıx, özü də fərqli təmaslara malikdir. O zaman sual yaranır: Ermənistan öz təmsilçisi iştirak etmədən KTMT-nin Bişkek sammitində qəbul ediləcək qərarlarla necə razılaşacaq? Əlbəttə, razılaşması mümkünsüzdür.

Sonda onu da bildirək ki, bu gün Azərbaycan və Ermənistan yekun sülh müqaviləsinin astanasındadırlar. Proseslərin barış sazişinin imzalanmasına doğru getdiyinə dair təəssürat möhkəmlənməkdədir. Bir halda ki, münasibətlər qaydasına düşür, prinsip etibarilə Ermənistanın hansısa xarici təhlükədən qorunmasına ehtiyac yoxdur. Ölkənin KTMT xətti ilə qorunmasına ehtiyac isə heç yoxdur. Çünki mahiyyət etibarilə Ermənistan 2018-ci ildən, yəni baş nazir Paşinyanın iqtidar kürsüsünə əyləşdiyi vaxtdan Rusiyanın təhlükəsizlik çətirindən imtina edib. Yaxşı olar ki, bu reallıq Moskva tərəfindən də dərk edilsin. Əks halda, İrəvan qeyri-ordinar hərəkətləri ilə KTMT-nin közərməkdə olan nüfuzunu tamamilə heçə endirəcək.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri