Icma.az
close
up
RU
Ermənistan KTMT nı artıq de fakto tərk edib: NATO nun Qafqaza yerləşmə planı reallaşır

Ermənistan KTMT nı artıq de fakto tərk edib: NATO nun Qafqaza yerləşmə planı reallaşır

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kreml Cənubi Qafqazda öz hərbi-siyasi təsirini tədricən itirir və bunu yalnız yumşaq siyasi-diplomatik eyhamlarla kompensasiya etməyə çalışır, eyni zamanda, Azərbaycan-Ermənistan sülh prosesi həm Qərb, həm Rusiya üçün geopolitik rəqabətin yeni episentrinə çevrilməkdədir... Cənubi Qafqazda bu geopolitik transformasiyanın davam edəcəyi və yaxın vaxtlarda Ermənistanın KTMT ilə münasibətlərini daha kəskin şəkildə dəyişəcəyi gözlənilir, NATO üzvü olan Avropa Birliyi ölkələri isə bu bölgədə siyasi və təhlükəsizlik iştiraklarını daha da genişləndirməyə artıq hazır görünürlər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Qərb-Rusiya qarşıdurmasının inkişaf istiqamətləri bir çox regionlarda olduğu kimi, Cənubi Qafqazda da dəyişməkdə olan təhlükəsizlik arxitekturasının yeni formatını müəyyən etməyə başlayıb. Belə ki, Avropa Birliyinin diplomatiya qurumunun rəhbəri Kaya Kallasın Ukrayna savaşı üzrə mümkün sülh sazişinə Rusiya Silahlı Qüvvələrinin sayının və müdafiə büdcəsinin məhdudlaşdırılması ilə bağlı təklifləri müharibənin artıq yeni mərhələyə keçdiyini nümayiş etdirir. Və bu təkliflər bir daha onu göstərir ki, Qərb Ukrayna münaqişəsini yalnız sahədə deyil, gələcək regional təhlükəsizlik arxitekturaları çərçivəsində də həll etməyə çalışır.

Onu da qeyd etmək lazımdır ki, Kaya Kallasın təklifləri, əslində, məğlub tərəfin hərbi potensialının daha da məhdudlaşdırılmasına yönəlik tarixi “Versal modeli”nin müasir versiyası kimi qəbul olunur. Bu, kollektiv Qərbin Rusiyanın hərbi güc imkanlarını uzunmüddətli bloklamaq niyyətini biruzə verən açıq siyasi mesajdır. Bu baxımdan, ABŞ-ın Rusiyaya münasibətdə daha ehtiyatlı və təmkinli davranmasına baxmayaraq, Avropa Birliyinin təhlükəsizlik məsələlərində daha sərt mövqe tutmağa başladığı sezilir.

Ancaq kollektiv Qərbin hazırda vahid mövqedən çıxış etmək ənənəsindən uzaqlaşması Avropa Birliyinə də geopolitik iradə nümayiş etdirilməsində kifayət qədər ciddi problemlər yaradır. Hər halda, kollektiv Qərbin əsas “təhlükəsizlik çətiri” hesab olunan NATO daxilində belə, Ukrayna dilemması yaşanmaqdadır. Belə ki, NATO-nun baş katibi Mark Rüttenin “Ukraynanın alyansa üzvlüyü yalnız üzv dövlətlərin yekdil qərarı ilə mümkündür” bəyanatı da mövcud situasiyanın qəliz olduğunu təsdiqləyir. Çünki o, vurğulayıb ki, Rusiya hansı ölkənin NATO-ya üzv ola biləcəyinə veto qoya biləcək tərəf deyil. Ancaq eyni zamanda, ABŞ başda olmaqla, bir neçə ölkə Ukraynanın yaxın gələcəkdə bu alyansa qoşulmasına qarşı çıxır.

Beləliklə, kollektiv Qərbin Ukrayna savaşına və Rusiyaya münasibəti ilə bağlı NATO daxilində də artıq iki qütbün yarandığı inkaredilməz reallıqdır. Şərqi Avropa və Baltikyanı regionları təmsil edən ölkələr Ukraynanın dərhal NATO-ya üzv qəbul edilməsinin tərəfdarıdır. ABŞ və Qərbi Avropa ölkələri isə bu məsələni Rusiya ilə birbaşa qarşıdurma riski ilə əlaqələndiri. Və ona görə də, NATO rəhbərliyi vaxtaşırı Ukraynanın bu quruma üzvlüyünün “geri dönməz” olduğunu eyham vursa da, əslində, ümumi proses real olaraq, strateji anlamda dondurulmuş vəziyyətdə qalır.

Bütün bunlara paralel olaraq, Cənubi Qafqazda Avropa Birliyinin himayəsi altında olan Ermənistanın Qərbə yaxınlaşmağa can atması, bu region ölkəsinin NATO-ya rəqib sayılan KTMT-dən çıxmaq üzrə prosesə də start verməsi kimi qəbul olunur. Xüsusilə də, Ermənistan parlamentinin Avropa Birliyinin böhranların idarə edilməsi əməliyyatlarında iştirak barədə sazişi ratifikasiya etməsi rəsmi İrəvanın təhlükəsizlik kursunda önəmli dönüş nöqtəsi kimi qiymətləndirilir. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan açıq şəkildə bəyan edib ki, Ermənistan artıq yalnız Qərbdən yardım alan deyil, həm də onun müxtəlif təhlükəsizlik əməliyyatlarında birbaşa iştirakçı olan ölkədir.

Digər tərəfdən, parlamentin spikeri Alen Simonyanın “Ermənistan faktiki olaraq, KTMT-dən çıxıb” bəyanatı isə bu prosesin rəsmi və siyasi istiqamətini təsdiqləmiş olur. Rəsmi İrəvan açıq şəkildə bildirir ki, Rusiyanın patronajlığı altında olan təhlükəsizlik bloku artıq Ermənistan üçün qətiyyən funksional deyil və ona görə də, bu ölkə Qərb strukturlarına inteqrasiya qərarında prinsipial davranmaq nityyətindədir. Və bu, Ukrayna savaşı ətrafında yaranmış qəliz siyasi-diplomatik situasiyaya paralel olaraq, Cənubi Qafqaz regionda da qüvvələr balansını dəyişdirən ən ciddi proseslərdən biridir.

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin KTMT ilə bağlı “Ermənistanın mövqeyi onların seçimidir” deməsi ilk baxışdan, Kremlin rəsmi İrəvanın Qərbə inteqrasiya siyasətinə təmkinli yanaşması barədə təsəvvürlər yaradır. Ancaq bu, əsl reallıqda Rusiyanın Cənubi Qafqazda “əriyən təsir mexanizmləri”nə bağlı situasiyanı mümkün qədər ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Yəni, Kreml Ermənistanı KTMT-da saxlamaq gücünü itirdiyini etiraf etmək istəmir. Digər tərəfdən, Rusiya Ermənistana açıq təzyiq məsələsində də ehtiyatlı davranır, çünki KTMT-nin dağılmasını sürətləndirə biləcək hər hansı addımdan çəkinir. Və bunun əsas səbəbləri Ukrayna savaşı fonunda Kremlin Cənubi Qafqazda hərbi-siyasi resurslarının ciddi şəkildə zəifləməsi, eləcə də, Azərbaycan-Ermənistan sülh prosesinə birbaşa təsir imkanlarının daralması ilə bağlıdır.

Bu baxımdan, Rusiyanın patronajlığı altında olan KTMT-nin Azərbaycan-Etmənistan yekun sülh sazişinin imzalanmasına hazırlığı dəstəkləməsi ilə bağlı qətiyyən təsadüfi deyil və Kremlin Cənubi Qafqazda öz təsir imkanlarını minimal səviyyədə də olsa, qorumaq cəhdidir. Yəni, KTMT-nın Bişkek sammitinin yekun sənədində Azərbaycan-Ermənistan sülh prosesinə dəstək bəyanatının da yer alması Rusiyanın yeni taktikasını biruzə verir. Kreml bununla Ermənistanı tam itirmədən regionda minimal geopolitik mövqeyini qoruya biləcəyinə ümud bəsləyir.

Bütün bunlara baxmayaraq, KTMT-nin “üzvlüyü dondurmaq mümkün deyil” xəbərdarlığı isə rəsmi İrəvanın bu hərbi-siyasi alyansla ənənəvi münasibətlərini sadəcə, formal olaraq uzatdığı, ancaq siyasi anlamda Ermənistanın artıq həmin qurumdan böyük ölçüdə ayrıldığı ilə bağlı inkaredilməz reallığı qətiyyən dəyişmir. Yəni, belə anlaşılır ki, həm Şərqi Avropada, həm də Cənubi Qafqazda tədricən yeni təhlükəsizlik xəritəsi formalaşır. Avropa Birliyi və NATO Rusiyanın hərbi gücünü məhdudlaşdırmaq ideyasını açıq şəkildə gündəmə çıxarır. Ermənistan isə məhz bu situasiyada Qərbin təhlükəsizlik sisteminə inteqrasiya niyyətini qabardır və bu baxımdan, KTMT-nin gələcək taleyinin müəmmalı olduğu şübhə doğurmur.

Göründüyü kimi, Rusiya Cənubi Qafqaz regionunda öz hərbi-siyasi təsirini tədricən itirir və bunu yalnız yumşaq siyasi-diplomatik eyhamlarla kompensasiya etməyə çalışır. Eyni zamanda, Azərbaycan-Ermənistan sülh prosesi həm Qərb, həm Rusiya üçün geopolitik rəqabətin yeni episentrinə çevrilməkdədir. Cənubi Qafqazda bu geopolitik transformasiyanın davam edəcəyi və yaxın vaxtlarda Ermənistanın Rusiya ilə təhlükəsizlik münasibətlərini daha kəskin şəkildə yenidən formatlaşdırmağa çalışacağı gözlənilir. Və buna paralel olaraq, NATO üzvü olan Avropa Birliyi ölkələri isə bu regiondakı siyasi və təhlükəsizlik iştiraklarını daha da genişləndirməyə artıq hazır görünürlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri