Icma.az
close
up
RU
Ermənistan KTMTdən çıxarsa: Bordyuja sirləri açıqladı

Ermənistan KTMTdən çıxarsa: Bordyuja sirləri açıqladı

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

KTMT-nin 2003-2016-cı illər arasında baş katibi olmuş Nikolay Bordyuja bu addımı “kolossal səhv” kimi xarakterizə edib və vurğulayıb ki, Ermənistan uzun illər ərzində həm Rusiya, həm də KTMT üzvlərindən “böyük dəstək” görüb.
“Suveren hüquq, lakin səhv strategiya”
TASS-a müsahibəsində Bordyuja bildirib ki, təhlükəsizlik sistemini necə təşkil edəcəyinə dair qərar vermək Ermənistanın suveren hüququdur. Qurumdan çıxıb-çıxmamaq da öz işidir, lakin bu, yanlış məlumatlara söykənən səhv qərardır: “Ermənistanın KTMT-də qalması və ya çıxması onun suveren hüququdur. Ali siyasi rəhbərlik ölkənin təhlükəsizlik strategiyasını necə təşkil etməli olduğunu özü müəyyənləşdirir. Əgər bu qərarı daha uyğun hesab edirlərsə, bu, onların seçimidir. Ancaq mən bu qərarı kolossal səhv adlandırıram. Bu addım həqiqətə uyğun olmayan məlumatlara əsaslanır”.
“KTMT və Rusiyanın yardımı danılmazdır”
Bordyuja Ermənistanın bəzi yüksək vəzifəli şəxslərinin KTMT və Rusiyadan yardım görmədikləri ilə bağlı açıqlamalarını təkzib edib. O, əksinə, Ermənistanın hərbi, texniki və təşkilati baxımdan davamlı şəkildə böyük dəstək aldığını vurğulayıb: “Ermənistan rəhbərliyinin Rusiyadan və KTMT-dən heç bir yardım almadıqlarını bəyan etməsi tamamilə həqiqətə uyğun deyil. Mən öz gözlərimlə şahid olmuşam ki, Ermənistanın silahlı qüvvələri və güc strukturları həm Rusiya, həm də KTMT üzvləri tərəfindən böyük təşkilati və texniki dəstək alıb. Əgər Rusiyanın Ermənistanın silahlı qüvvələrinə və ümumilikdə ölkəyə yatırdığı investisiyaları hesablasaq, bunun olduqca ciddi rəqəm olduğunu görərik”.
Bordyuja əlavə edib ki, Rusiyanın Ermənistana göstərdiyi yardım təkcə silah və texniki təchizatla məhdudlaşmayıb, eyni zamanda hərbi təlim və strateji məsləhətləri də əhatə edib.
“Siyasi rəhbərliyin bəyanatları qərəz və məlumatsızlıqdan qaynaqlanır”
Bordyuja bəzi Ermənistan rəsmilərinin Rusiyaya qarşı sərt ittihamlarını iki cür əsaslandırıb: “Ermənistanın ali siyasi rəhbərliyinin bəyanatları ya məqsədyönlü və qərəzlidir, ya da onlar mövcud reallığı anlamaqda çətinlik çəkirlər. Hər iki halda, bu, Ermənistan üçün böyük səhvdir. Əgər belə davam edərlərsə, Ermənistanın təhlükəsizliyinə və regiondakı mövqeyinə ciddi zərər dəyəcək”.
KTMT-dən uzaqlaşmanın nəticələri nə ola bilər?
Ermənistanın KTMT-dən uzaqlaşması, ölkənin təhlükəsizlik sistemində ciddi dəyişikliklərə gətirib çıxara bilər. Regionda geosiyasi balansın həssas olduğu bir vaxtda, belə bir qərar həm Ermənistanın daxili təhlükəsizliyinə, həm də beynəlxalq müttəfiqləri ilə münasibətlərinə təhlükədir. KTMT-dən uzaqlaşmaq Ermənistanı əlavə risklərlə də üz-üzə qoya bilər. Hərbi və iqtisadi resursları məhdud olan Ermənistanın bu sahələrdə özünü təmin etməsi çətin olacaq. Bu prosesin nə qədər uğurlu olacağı və Ermənistanın milli maraqlarına xidmət edəcəyi də sual altındadır.
KTMT-dən çıxmaq qərarının arxasında duran səbəblər Rusiya ilə münasibətlərdə gərginliyin daha da artmasına səbəb olacaq. Moskva bu qərarı strateji baxımdan yanlış hesab edir və bu addımın Ermənistanın təhlükəsizlik maraqlarına uyğun olmadığı qənaətindədir. Ermənistan rəhbərliyinin bu məsələdə atacağı növbəti addımlar isə yalnız ölkənin daxili siyasətinə deyil, həm də regiondakı qüvvələr balansına təsir göstərəcək.
Səbinə Həsənova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Dekabr 2024 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri