Ermənistan MN də “cadugər ovu” Generallar yola salınır
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Müdafiə Nazirliyində yeni istefalar gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qəzetin məlumatına görə, ordudakı vəziyyət və ölüm hallarının artması ilə bağlı ictimai narazılıq fonunda hakimiyyət Müdafiə Nazirliyində bir sıra yüksəkrütbəli hərbçiləri vəzifədən uzaqlaşdırmağa hazırlaşır.
Nəşr yazır ki, müdafiə naziri Suren Papikyan istefa tələblərinin gündəmdən çıxarılması və daha sərt mövqe nümayiş etdirmək məqsədilə bir neçə generalı vəzifəsindən azad etməyi, onların yerinə isə daha gənc və hakimiyyətə bağlı kadrlar gətirməyi planlaşdırır.
Qəzetin mənbəsinin sözlərinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Temur Şahnazaryan da vəzifəsindən ayrılacaq yüksəkrütbəli hərbçilər arasında ola bilər.
Qeyd edilir ki, orduda baş verənlərlə bağlı həm cəmiyyətdə, həm də hakimiyyət daxilində narazılıq artır. “Hraparak” bu prosesləri “cadugər ovu” kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 Avqust 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















