“Ermənistan nahaq küsür...” Matviyenko Qarabağdan danışdı
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Qarabağ artıq bir neçə ildir işğaldan azad edilərək, Azərbaycanın ayrılmaz hissəsi kimi varlığını davam etdirsə də, Rusiya rəhbərliyinə hələ də bu mövzuda suallar verilir.
“AzPolitika” xəbər verir ki, Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Vyetnama səfəri zamanı jurnalistlərin bu mövzuyla bağlı suallarını cavablandırıb.
O deyib ki, Ermənistan bu məsələdə hələ də məsuliyyəti Rusiyanın və KTMT-nin üzərinə atmağa çalışır.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağ münaqişəsində öz qanunvericilik sənədlərinə ciddi şəkildə uyğun hərəkət edib”, - deyə spiker qeyd edib.
O bildirib ki, İrəvan bu mövqeyə görə təşkilatdan əsassız şəkildə “küsür” və məsuliyyəti başqasına ötürməyə çalışır.
"Ermənistan və Azərbaycan arasında baş verən son müharibə zamanı KTMT-yə qarşı əsassız küskünlük, mənim fikrimcə, Qarabağ üçün məsuliyyəti Rusiyanın, KTMT-nin üzərinə atmaq cəhdidir. Bu şəraitdə KTMT öz qanunvericilik sənədlərinə ciddi şəkildə uyğun hərəkət edib", - deyə o, jurnalistlərlə söhbətində bildirib.
Federasiya Şurasının spikeri onu da əlavə edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarına gələrsə, çox şey itirəcək.
"KTMT-də qalıb-qalmamaq Ermənistanın hüququdur. Düşünürəm ki, qalmasa, Ermənistan çox şey itirəcək", - deyə o bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 12 Noyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















