Ermənistan parlamenti Aİ yə üzvlüklə bağlı qeyri parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan parlamenti gələn həftə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək.
“Report” xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, müzakirədə "Respublika", "Respublika naminə" partiyaları və Ermənistan Avropa Partiyasının rəhbərləri Aram Sarkisyan, Arman Babacanyan və Tiqran Xzmalyan iştirak edəcəklər.
T.Xzmalyan onun təşəbbüsünün parlament tərəfindən təsdiqlənəcəyinə əminliyini ifadə edib.
"Ermənistan hökuməti 3-4 ay ərzində başa düşdü ki, Aİ-yə alternativ yoxdur", - o bildirib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan Nazirlər Kabineti ölkənin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüyü məsələsi yalnız referendum yolu ilə həll oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Yanvar 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















