Ermənistan prezidenti: Tramp marşrutundan regionun bütün dövlətləri istifadə edə bilər
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 21 noyabr, AZƏRTAC
Trampın Beynəlxalq Sülh və Rifah Naminə Marşrutu (TRIPP) Zəngəzur dəhlizi Gürcüstan ərazisindən yükdaşımalara nəinki maneə olmayacaq, əksinə, kömək göstərəcək. Bu marşrutdan Ermənistanla yanaşı, İran, Türkiyə və Rusiya da faydalana bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın prezidenti Vaaqn Xaçaturyan Gürcüstan səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, beynəlxalq əhəmiyyət daşıyan bu layihə regionun heç bir ölkəsinin nəqliyyat və tranzit potensialını azaltmır, əksinə artırır. Regionun bütün dövlətləri bu marşrutdan istifadə edib iqtisadi inkişafı stimullaşdıra bilərlər”, - deyə Ermənistan prezidenti vurğulayıb.
V. Xaçaturyan diqqətə çatdırıb ki, Gürcüstan regionda sülhün, sabitliyin dayanıqlı olmasında maraqlıdır və bu istiqamətdə atılan addımlara dəstək göstərməyə hazırdır. “Əgər biz həqiqətən də regionda sülhün hökm sürməsini istəyiriksə, onda buna nail olacağıq”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 21 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















