Icma.az
close
up
RU
Ermənistan Rusiyadan uzaqlaşır, Moskva isə gözləyir Səbəb nədir?

Ermənistan Rusiyadan uzaqlaşır, Moskva isə gözləyir Səbəb nədir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) gələcək taleyi və qurumdakı mövqeyi ətrafında müzakirələr yenidən aktuallaşıb. İrəvanın son iki ildə təşkilata üzvlük haqqı ödəməməsi, hərbi təlimlərdə iştirakdan imtina etməsi və Moskva ilə münasibətlərdə məsafə saxlaması KTMT daxilində narazılığı artırır.

Bəs Ermənistanın KTMT-dən faktiki uzaqlaşması hansı geosiyasi məqsədlərə xidmət edir?  Rusiyanın Ermənistana təsir imkanları nə dərəcədə güclüdür və Kreml bu rıçaqlardan nə vaxt istifadə edə bilər? 

Mövzunu "AzPolitika"ya şərh edən politoloq Elşən Manafov bildirib ki, Ermənistanın Qərbdə “Rus NATO-su” kimi xarakterizə edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə biləcəyi ilə bağlı səsləndirilən bəyanatlar rəsmi İrəvana növbəti xəbərdarlıq kimi qiymətləndirilməlidir:

"Bu, Ermənistanın son iki ildə təşkilata üzvlük haqqı ödəməməsinə, eləcə də hərbi-siyasi blokun keçirdiyi hərbi təlimlərdə iştirakdan imtina etməsinə KTMT-nin verə biləcəyi adekvat cavabdır. Əslində, burada təəccüblü heç nə yoxdur. Belə ki, Nikol Paşinyan hələ müxalifətdə olduğu dövrdə Ermənistanın həm KTMT-də, həm də Avrasiya İqtisadi İttifaqında təmsil edilməsinə ciddi zərurət olmadığını bildirir, hakimiyyətə gələcəyi təqdirdə ölkənin bu qurumlardan uzaqlaşması istiqamətində ardıcıl addımlar atacağını açıqlayırdı. Paşinyanın mövqeyində siyasi konyunkturanın rolunu da nəzərə alsaq, müvafiq geosiyasi şərait yarandığı təqdirdə rəsmi İrəvanın belə addımlar atacağı əvvəlcədən gözlənilən idi. Çünki bu istiqamətdəki siyasət Paşinyanın hakimiyyətə gəlməsində rol oynayan Qərbdəki müəyyən dairələrin, xüsusilə qlobalist qüvvələrin maraqları ilə üst-üstə düşürdü. MDB-nin bir sıra ölkələrində olduğu kimi, Ermənistanda da 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyinin arxasında Qərbin, xüsusilə ABŞ-dakı qlobalist dairələrin dayandığı iddia olunur. Bu prosesin maliyyələşdirilməsində milyarder və xeyriyyəçi Corc Sorosun da rol oynadığı barədə fikirlər səsləndirilir. Paşinyanın təmsil olunduğu siyasi komandanın beynəlxalq müstəvidə “Sorosçular” kimi tanınması da bu kontekstdə diqqət çəkir. Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq və onun vasitəsilə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq Qərbin Paşinyan və komandası qarşısında qoyduğu əsas geosiyasi hədəflərdən biri kimi təqdim olunur. Bütün bunları rəsmi Moskva da, təbii ki, bilir və proseslərin mahiyyətini anlayır. Lakin Kreml mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq, hələlik Ermənistanla münasibətlərdə “yumşaq güc” siyasətinə üstünlük verir".


Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər genişdir: 

"Bura iki ölkə arasında ticarət dövriyyəsinin artan dinamikası, “Qazprom”un Ermənistanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, Ermənistan dəmir yollarının idarəçiliyində Rusiya şirkətlərinin əsas paya malik olması, Rusiyada çalışan erməni əmək miqrantlarının vəziyyəti, eləcə də Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına ixracı kimi amillər daxildir. Bununla yanaşı, Ermənistanda Rusiyaya məxsus 102-ci hərbi bazanın mövcudluğu, ölkə parlamentində təmsil olunan müxalif qüvvələrin Kremlə münasibəti, eləcə də Apostol Kilsəsinin Rusiya ilə tarixi və ənənəvi əlaqələri Moskvanın siyasi, ideoloji və hərbi müstəvidə təsir rıçaqları hesab olunur. Bununla belə, mövcud geosiyasi reallıqlar fonunda rəsmi Moskva hələlik bu mexanizmləri tam gücü ilə işə salmağa ehtiyac görmür. Rusiya-Ukrayna müharibəsi Kremlin planlaşdırdığı ssenari üzrə başa çatmayana qədər Moskva Cənubi Qafqazda Qərbin onu ikinci cəbhədə qarşıdurmaya cəlb etmək cəhdlərinə zəmin yaradacaq addımlardan çəkinməyə çalışacaq. Məhz buna görə də Kreml, ən azı yaxın perspektivdə, rəsmi İrəvana qarşı sərt təzyiq siyasəti yürütməkdə maraqlı görünmür. Başqa sözlə, Moskva hələ bir müddət Ermənistanın mövcud davranışlarına dözümlü yanaşmağa və münasibətlərdə “yumşaq güc” siyasətini davam etdirməyə üstünlük verəcək".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri