Icma.az
close
up
RU
“Ermənistan tədricən Rusiyadan uzaqlaşır...”

“Ermənistan tədricən Rusiyadan uzaqlaşır...”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Rusiya yenidən “3+3” formatını dirçəltməyə çalışır. Bu formatı Güney Qafqazda son illərdə ən çox müzakirə olunan, lakin gerçəkləşməyən diplomatik platformalarından biri hesab etmək olar. Üç Güney Qafqaz dövlətləri olan Azərbaycan, Ermənistan və Gürcüstanın regionun üç böyük qonşu dövlətləri - Rusiya, Türkiyə və İran ilə birlikdə təmsil olunmasını nəzərdə tutan bu mexanizm ilk baxışdan regional əməkdaşlıq təşəbbüsü kimi görünür. Lakin bu platformanın yaradılması istiqamətində ən ardıcıl və israrlı mövqe nümayiş etdirən dövlətin Rusiya olması nəzərə çarpır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Rusiya bu formatı regional qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq platforması kimi təqdim etməyə çalışır:

“Hesab edirəm ki, bu formatda müəyyən iqtisadi maraqlar olsa da, mahiyyət etibarilə geosiyasi maraqlar üstünlük təçkil edir. Güney Qafqazda formalaşan yeni geosiyasi reallıq kontekstində bu israrlı tələb Rusiyanın Güney Qafqaz strategiyasının transformasiyasının və yeni mövqe axtarışının göstəricisi hesab oluna bilər. Bir neçə il əvvəl “3+3” platforma layihəsi Rusiyanın regionda və regional proseslərdə üstünlüyünü möhkəmləndirmək mexanizmlərindən kimi meydana çıxmışdısa, bu gün həmin format artıq gerçıkləşdirməsinə tamamilə başqa məqsədlə cəhd göstərilir”.

Politoloq bildirib ki, son beş ildə Güney Qafqazın real geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib:

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib bə regionun aparıcı dövlətinə çevrilib, Türkiyənin regional proseslərə təsir imkanları dəfələrlə artıb, Avropa İttifaqı və ABŞ regional proseslərdə daha fəal iştirak etməyə başlayıblar və təsir imkanlarını artırmağa çalışırlar, regionda yeni nəqliyyat kommunikasiya xətlərinin qurulması prosesi gedir, Rusiyanın ənəvi forpostu hesab olunan Ermənistan tədricən Rusiyadan uzaqlaşır və Qərbə üz tutur. Uzun müddət özünü regionun yeganə təhlükəsizlik təminatçısı hesab edən, regional sülh prosesində alternativsiz vasitəçilik etmək istəyən Rusiyanın artıq əvvəlki geosiyasi mövqeyə malik olmadığını birmənalı şəkildə təsbit etmək olar. Başqa sözlə, Rusiya Güney Qafqazda öz əvvəlki geosiyasi mövqeyini itirib və Rusiyanın regiondan tamamilə sıxışdırılıb çıxarılması prosesi, demək olar ki, final mərhələsindədir. Belə bir şəraitdə Rusiyanın siyasəti ən azı regiondan və regional proseslərdən kənarda qalmamaq, hər hansı bir formada iştirak emək, regional layigələrə qoşulmaq görüntüsü yaratmağa yönəlib”. 

Q.Əlibəyli deyib ki, bu baxımdan “3+3” plsatforması Rusiya üçün yeni təsir mexanizminə çevrilə bilər:

“Rusiya 3+3 platformasında israr etməklə İranla birlikdə ABŞ və Avropanı institusional baxımdan Güney Qafqazdan kənarda saxlamaq məqsədi güdür. Həm Rusiya və həm də İran uzun müddət Güney Qafqazın problemlərini region ölkələri özü həll etməlidir, region ölkəsi olmayan digər dövlətlər regional proseslərə müdaxilə etməməlidirlər prinsipindən çıxış ediblər. 3+3 formatı bu prinsipin tezisinin yeni diplomatik ifadəsidir və institusional mexanizmi, eyni zamanda kollektiv Qərbin regionda institusional iştirakını məhdudlaşdırmaq cəhdi kimi nəzərdən keçirilə bilər. İranın Güney Qafqaz proseslərində Rusiya ilə bir platformada iştirakı regionun tamamilə Qərbin geosiyasi məkanına keçməsinin qarşısını alan əlavə amil olamaqla yanaşı, bu prosesdə Moskva ilə Tehranın öz fəaliyyətlərini əlaqələndirmə mexanizmi ola bilər. Rusiya 3+3 platformasında israr etməklə həm də Ukraynaya təcavüzdən sonra yaranmış beynəlxalq diplomatik təcridi yumşaltmaq məqsədi güdür. Bu təcrid nəticəsində Rusiyanın bir çox beynəlxalq platformalarda iştirak imkanları həddindən artıq məhdudlaşdırılıb. Məhz buna görə də Rusiya hakimiyyəti yeni çoxtərəfli mexanizmlərə xüsusi maraq göstərir. Bu baxımdan “3+3” formatı Rusiyanın hələ də regional diplomatiyanın ayrılmaz hissəsi olduğunu nümayiş etdirmək, kollektiv Qərbə, həm də daxili auditoriyaya “Rusiya təcrid olunmayıb” mesajını verməyə çalışır. Rusiya 3+3 platformasında israrı həmçinin bir sıra digər amillərlə əlaqədardır. Bu amillər sırasına Türkiyə və Azərbaycanın artmaqda olan beynəlxalq çəkisini və “orta güc” kimi formalaşmasını, gələcək təhlükəsizlik arxitekturasının necə formalaşmasını aid etmək olar”. 

O, fikrincə, Rusiya artıq Türkiyə və Azərbaycanın artmaqda olan beynəlxalq çəkisini və “orta güc” kimi formalaşmasını reallıq kimi qəbul edir və 3+3 formatında bu dövlətlərlə institusional əməkdaşlığa üstünlük verir:

“Rusiyanın “3+3” platformasında israrında Güney Qafqazın yeni təhlükəsizlik arxitekturası uğrunda mübarizəsi də nəzərə alınmalıdır. Burada gələcək regional təhlükəsizlik sisteminin necə qurulacağı mühüm amil kimi nəzərdə tutulur. Regional təhlükəsizlik mexanizmlərinin “3+3” platforması çərivəsində formalaşması Rusiyanı və İranı bu mexanizmin zəruri iştirakçılarına çevirəcək; bu halda Rusiya və İran regional təhlükəsizlik mexanizmlərinə nəzarət rıçaqları əıdə erdə bilər. Təhlükəsizlik mexznizmlərinin bu platformadan kənar formalaşacağı halda Rusiyanın və İranın regiona təsir imkanları daha da azalacaq və minimuma enəcək.Beləliklə, “3+3” formatına göstərdiyi xüsusi maraq geosiyasi zərurətdən və məcburiyyətdən irəli gələn, Rusiyanın dəyişən geosiyasi reallığa uyğunlaşmaq, yeni regional düzəndə yerini itirməmək məqsədinə nail olmaq cəhdindən başqa bir şey deyildir”.

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri