Icma.az
close
up
RU
Ermənistan sülh istəyirmi? AKTUAL

Ermənistan sülh istəyirmi? AKTUAL

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqının səfirləri Ermənistanda mülki missiyanın genişləndirilməsi ilə bağlı qərarı təsdiqləyiblər. Qərara əsasən avropalı müşahidəçilər daha iki il Ermənistanın sərhəd rayonlarında qalacaqlar və verilən mandat da, tərkibi və sayı da dəyişməz qalacaq. Missiya təmsilçilərinin fikrincə, bu qərar yaxın gələcəkdə ittifaqa üzv ölkələrin xarici işlər nazirləri tərəfindən də təsdiqlənməlidir. Rəsmi Bakı isə Aİ missiyasının sərhəddən çıxarılmasını əsas şərtlərdən biri kimi irəli sürmür. Aİ qüvvələrini sərhəddə saxlayan Ermənistan isə iki istiqamətdə səylərini artıracaq. Sülh sazişinin razılaşdırılmış 16 maddə üzrə imzalanmasını aktuallaşdıracaq və Paşinyanın “90 faiz razılaşdırılmış sənədi imzalamaq” təklifindən sonra Bakını “sülhdən yayınan” tərəf kimi təqdim etməyə çalışacaq.

“Razılaşdırılmış maddələr” deyəndə Ermənistan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsi məsələsini də “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” tələbi ilə əvəzləməyə, Aİ qüvvələrinin fəaliyyətini sərhədin delimitasiyası ilə eyniləşdirməyə çalışacaq. Məsələ burasındadır ki, Ermənistan Aİ müşahidəçiləri üzərindən də bazarlıq etmək istəyir. Yəni, sərhədin delimitasiya edilmiş hissəsindən müşahidəçilərin çıxarılmasını Bakının tələbi ilə eyniləşdirir. Bakı “üçüncü ölkələrə məxsus qüvvələri” sərhəddə istəmirsə, bütün delimitasiyanın Ermənistanın maraqlarına, mövcud prinsiplərə uyğun aparılmasını sürətləndirməlidir. Əks təqdirdə, “müşahidə missiyası”nın fəaliyyətini tələb kimi qoymamalıdır.

Cərəyan edən hadisələrdən, ekspertlərin fikirlərindən belə nəticəyə gəlmək olar ki, 2025-ci ildə də sülh sazişinin imzalanması mümkün olmaya bilər. İrəvana baş verə biləcək fəlakətlər barədə xəbərdarlıq edilir. Amma Bakıdan, Moskvadan, Ankaradan, Tehrandan, Minskdən, Vaşinqtondan, Parisdən və digər ünvanlardan gələn mesajlar hələ də qulaqardına vurulur. “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan deyir ki, bu, Ermənistanın tamamilə gücsüzlüyünü nümayiş etdirir. Fəlakətin qarşısını almaq üçün nə etmək olduğunu isə kimsə bilmir. Hansı istiqamətə getsələr, qarşılarına maneələr çıxacaq. Ta ki, öz mövqelərini ortaya qoymayana kimi. İdarəetmə qüsurludur, hakimiyyətə qarşı müqavimətin yetərsizliyi və məğlubiyyət sindromu siyasi addımları dəyişdirməyə mane olur.

Ermənistan hakimiyyəti son vaxtlar hərbi ritorikanı artırıb, daha çox müharibədən danışırlar. Əksər toplantıda çıxışı zamanı erməni baş nazir güc ritorikasını davam etdirir. Bəs artan hərbi ritorika Ermənistana nə vəd edir, İrəvan kimə arxayındır? Ermənistan hərbi toqquşmalara hazırlığını davam etdirir. Hindistan, Fransa, Yunanıstan və İran kimi dövlətlərdən aldığı silah-sursatı real döyüş vəziyyətində sınaqdan çıxarır. Bunun ardınca hansısa strateji yüksəkliklərin və ərazilərin ələ keçirilməsi məşqlərini aparan Ermənistan ordusu bununla gücünü bərpa etdiyini, döyüş qabiliyyətini artırdığını cəmiyyətə göstərmək istəyir. Düşünür ki, revanşist əhval-ruhiyyəni gücləndirməklə Azərbaycanla danışıqlar prosesində əlverişli şərtlər yaradacaq.

Əlbəttə bütün bu gedişlər daxili auditoriyaya yönəlib. Bunun arxasında başqa niyyətlər də dayanır. Qərbdən gələn təlimatlara uyan Ermənistanın hərəkətləri Azərbaycan tərəfindən diqqətlə izlənilir. Ermənistan müharibə ritorikasını davam etdirəcəyi təqdirdə Azərbaycandan dərhal və sərt cavab alacağını da bilir. Təbii ki, bütün məsuliyyətin Ermənistan və havadarlarının üzərinə düşəcəyini də bilir.

Avropadan Cənubi Qafqazda sülhün bərqərar olmasına ən böyük və növbəti zərbə də vuruldu. Bu, əslində sülhün inkar edilməsi cəhdidir. Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasının deputatı Arusyak Culhakyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilməsi dediklərimizə sübutdur. Bu addım Azərbaycan və AŞPA arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsi ilə nəticələnəcək. Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakının bərpa etməsi ehtimalının sıfırlanması deməkdir. Bir az dərinə getsək Culhakyanın vitse-prezident seçilməsinin heç bir əhəmiyyəti yoxdur. Onsuz da AŞPA-nın mahiyyəti bəllidir. Bu təşkilat açıq şəkildə Ermənistanın maraqlarını müdafiə edir və Azərbaycana qarşı mənfi münasibət bəsləyir. Ermənilər isə Avropa İttifaqının hansı institutlarında təmsil olurlarsa olsunlar Azərbaycana təsir edə bilməzlər. Azərbaycanın AŞPA-ya qayıtmaq üçün konkret şərtləri var. Bu şərtlər yerinə yetirilməzsə, Bakının mövqeyində dəyişiklik olmayacaq.

Avropalı missionerlər nə düşünür?

Yada salaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilib. Aİ missiyasının mülki olduğu elan edilsə də, onun 50 üzvü silahlı jandarmdır. Missiyanın məqsədi Ermənistanın “sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün” əlverişli şərait yaratmaqdır.

Missiyanın rəhbəri Markus Ritterin bəyanatları Aİ-nin bölgədəki niyyətlərinin və hərəkətlərinin dağıdıcılığını təsdiqləyir. Üstəlik, Brüssel açıq şəkildə Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasında və mövqelərin yaxınlaşmasında maraqlı deyil. Bundan əvvəl “Deutsche Welle”yə müsahibəsində missiyanın fəaliyyətindən danışan Ritter qeyd edib ki, “onlar müdaxilə edə bilməzlər, onların ixtiyarında yalnız durbin və kameralar var”. Onun sözlərinə görə, onlara Azərbaycan ərazisinə giriş qadağan edilib, ona görə də, məsələn, növbəti hücuma hazırlaşan zaman qoşunların hərəkətini aşkar edə bilmirlər.

Heç vaxt nizamlanmada vasitəçilik etməyənləri, heç vaxt əlavə dəyər gətirməyənləri, praktiki nəticələr əldə etməyənləri eşitmək çox vacibdir. Ancaq İrəvan və Bakını eşitmək vacibdir, bu, bütün bu problemin əsas hekayəsidir. eşitmək, dinləmək və iki ölkənin maraqlarına uyğun hərəkət etmək lazımdır. Moskva çox gözəl başa düşür ki, iki ölkədə bəzən diametral şəkildə zidd olan fərqli nöqteyi-nəzərlər var, ifrat fəsadlar və kəskinləşmə dövrləri var. Eyni zamanda, Rusiya tərəfi hesab edir ki, tərəflər razılığa gələ bilərlər, əsas odur ki, bu cür razılaşmalar və qarşılıqlı anlaşmalar üçün müvafiq ab-hava, zəmin yaradılması və bu qarşılıqlı anlaşmanın təşviq edilməsidir, əksinə deyil.

Brüssel öz bacarıqsız, qarşısıalınmaz, qeyri-peşəkar, düşünülməmiş, vicdansız fəaliyyəti ilə Bakı ilə İrəvan arasında münaqişəni qızışdırır.

Markus Ritterlə bağlı 5 fakt

20 fevral 2023-cü ildə Avropa İttifaqı Ermənistanda Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində fəaliyyət göstərəcək Aİ Mülki Missiyasının (EUMA) fəaliyyətə başladığını elan edib. Markus Ritter missiyanın rəhbəri təyin edilib.

61 yaşlı Markus Ritter Almaniya vətəndaşıdır. Ailəlidir, iki övladı var. 1994-cü ildə Heidelberg Universitetinin Hüquq fakültəsini bitirib. 1995-1996-cı illərdə Almaniyanın Şpeyer İnzibati Elmlər Universitetində təhsilini davam etdirib. 1996-1997-ci illərdə Münsterdə Nəzarətçi Zabitlər üçün Polis Akademiyasında təhsil alıb. 1999-cu ildə Speyer Universitetində doktorluq dərəcəsi almışdır. 2007-2008-ci illərdə Markus Ritter BMT-nin Gürcüstandakı Müşahidəçilər Missiyasının Polis Qüvvələrinin Baş Qərargah rəisi olub. 2004-2005-ci illərdə BMT-nin Kosovodakı sülhməramlı missiyasının polis heyətinə rəhbərlik edib. 2009-2011-ci illərdə O, Əfqanıstandakı Alman Polisi Layihə Qrupuna rəhbərlik etməklə yanaşı, Almaniyanın Kabildəki səfirliyində baş polis müşaviri vəzifəsində çalışıb. 2012-2013-cü illərdə Avropa İttifaqının Cənubi Sudan Missiyasında (EUAVSEC) Planlaşdırma və Əməliyyatlar şöbəsinin rəhbəri olub.

1998-2004-cü illərdə Frankfurt Beynəlxalq Hava Limanında Federal Sərhəd Polisində müxtəlif vəzifələrdə çalışıb. 2008-2012 Kayzerslautern federal polisinin rəhbəri idi.

Yekunda qeyd edək ki, Ermənistanda baş verən hadisələr, “mülki missiya”çıların daha iki il Ermənstanda dürbin diplomatiyası ilə məşğul olacaqlarından tutmuş rəsmi İrəvanın sülhə inad etməsinə qədər bir planın ayrı-ayrı hissələridir. Məqsəd sülhü ertələmək və sonunda Cənubi Qafqaza “sülhməramlı” adı altında yerləşməkdir.

V.VƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri