Icma.az
close
up
RU
Ermənistan daha bir gərginliyə imza atdı AKTUAL

Ermənistan daha bir gərginliyə imza atdı AKTUAL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aİ “missiyası”nın müddətinin uzadılması Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə, ümumilikdə isə sülh prosesinə böyük zərbə olacaq



Ermənistan rəhbərliyinin sülh mesajlarının səmimi olmadığı bir daha öz təsdiqini tapdı. Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasının müddəti uzadıldı.

Əvvəla, onu bildirək ki, Aİ-nin Ermənistandakı mülki missiyası kollektiv Qərbin Cənubi Qafqaz coğrafiyasından, belə demək mümkünsə, siyasi tutacaq yeridir. Amma böyük ölçüdə, bu təsisat təskinlikdən başqa bir şey deyil. Halbuki, əvvəl tamam başqa təsəvvürlər var idi. Sadəcə, gözləntilər özünü doğrultmadı.

Belə ki, Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazilərdə dəfələrlə Ermənistan ordusunun  təxribat törətməsi bu missiyanın fəaliyyətinə dair ciddi suallar doğurur.

Onu da deyək ki, bu kimi faktlarla ölkəmiz Aİ missiyasının lazımsız qurum olduğunu dəfələrlə faktlarla sübuta yetirib. 

Əslində, Ermənistanda da Aİ-nin müşahidəçilərinin heç bir gerçək funksiya daşımadığını gözəl anlayırlar.

Lakin Ermənistan Aİ missiyasının özü üçün tam təhlükəsizlik çətiri funksiyası daşımasını istəyir. Yəni ölkə nə edirsə-etsin, hansı oyunbazlığı törədirsə-törətsin, sözügedən təsisat onun müdafiəsində dayansın.  Rəsmi İrəvan tərəfindən idarə olunan sərhəd təxribatları və hərbi eskalasiya mühiti də məhz bu kimi  təsəvvürdən formalaşmış durumun nəticəsi idi.

Qeyd edək ki, Avropa Birliyinin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsi təsdiq edilib. “Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Jozviak bildirib ki, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq müşahidəçi və Ermənistandan 44 əməkdaş. Missiyanın müşahidə zonası, rəsmi açıqlamaya görə, Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq".

Bu addım onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Çünki Bakı sərhədlərdə üçüncü qüvvənin olmasını istəmir.

Öncə İrəvanın bu haqlı tələbi qəbul edəcəyi gözlənilirdi. Amma görünür, Brüsseldən gələn əmrdən sonra İrəvan geri çəkilib.

İmzalanma mərasiminin də məhz Brüsseldə baş tutması bunun sübutudur. 

Görəsən, Aİ missiyasının fəaliyyət müddətinin 2 il daha uzadılması Azərbaycan-Ermənistan arasındakı danışıqlar və sülh prosesinə necə təsir edəcək?


Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında ermənilərin ənənəvi siyasətlərinə sadiq qalaraq ikili oynadıqlarını vurğulayıb. Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi bir tərəfdən sülhdən danışır, baş nazir, XİN başçısı səviyyəsində bəyanatlar verirlər. Digər tərəfdən  isə şərti sərhəddə təxribat törədir, silahlı qüvvələrimizin mövqelərini atəşə tutur, eyni zamanda  qərəzli, ikili xarakterli hərəkətlər edirlər:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2025 05:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri