Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Ermənistan sülh sazişi imzalanmasını niyə ləngidir?

Ermənistan sülh sazişi imzalanmasını niyə ləngidir?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Nikol Paşinyanın Paris Sülh Forumundakı çıxışına sözardı

Baş nazir Nikol Paşinyan Paris Sülh Forumu çərçivəsində keçirilən “Liderlik qovşağında” adlı müzakirə zamanı bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına dair məsələlərə kökündən son qoymaq üçün hər iki ölkə arasında sülh müqaviləsi imzalanmalı və sənəd ratifikasiyadan keçərək, hüquqi qüvvəyə malik olmalıdır. Prezident İlham Əliyev isə avqustun 8-də Vaşinqtonda Azərbaycanın media vasitələrinə müsahibəsində bunu demişdi: “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”.

Qeyd edək ki, N.Paşinyan əvvəldə diqqətə çatdırdığımız fikri Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi ilə bağlı mövzuya münasibətində səsləndirmişdi. Nikol onu da demişdi ki, ölkəsinin Konstitusiya Məhkəməsi 2024-cü ildə qərar qəbul edib: “Bu, ali səviyyəli hüquqi qərardır. Həmin qərara görə, Ermənistan konstitusiyası qonşu ölkələrdən heç birinə qarşı ərazi iddiası ehtiva etmir”.

Göründüyü kimi, Ermənistanın hökumət rəhbəri, faktiki olaraq, əvvəlki tezisi təkrarlamaqla məşğuldur. O, eyni zamanda deyib ki, ölkəsi ilə Azərbaycan arasındakı sülh sazişinin mətnində tərəflərin bir-birilərinə ərazi iddialarının olmadığı və gələcəkdə də belə iddialar irəli sürməmək öhdəliyini üzərilərinə götürdükləri barədə çoxsaylı müddəalar var: “Buna görə də əgər hər hansı fərziyyələr və ya iddialar varsa, sülh sazişi bütün bu məsələləri əhatə edir”.

Əlbəttə, Paşinyan əsl mahiyyəti nəzərə almır, bilərəkdən, yaxud bilməyərəkdən məsələləri qarışdırır. Başlıca məqam ondadır ki, Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü ildə çıxardığı məlum qərar ölkənin əsas qanununun Azərbaycanla sülh sazişinin bağlanmasına maneə yaratmadığını vurğulayırdı. Başqa sözlə desək, qərar daha çox yozumdur və ya şərhdir. Yozumun və şərhin isə gerçək hüquqi təsir qüvvəsi yoxdur.

İkincisi, Ermənistan Konstitusiya Məhkəməsi məlum qərarı ona görə çıxarmışdı ki, həmin vaxt erməni müxalifəti Azərbaycanla sülh sazişi mətninin ölkənin əsas qanununa zidd olduğunu vurğulamışdı. Müxalif kəsimin təmsilçiləri bu məqamı qabardarkən, konstitusiyanın Ermənistanın 1990-cı ildə qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsinə istinadını əsas götürmüşdülər. Bəyannamədə isə “Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsi yer alır və keçmiş muxtar vahidin Milli Şurası deyilən qondarma qurumun qərarının Ermənistan Respublikasının yaranması üçün baza olduğu vurğulanır.

Belə bir durumda Ermənistan Konstitusiya Məhkəməsinin həmin bəyannamənin hazırkı Konstitusiyada və hüquqi sistemdə birbaşa qüvvəsinin olmadığını açıqlaması mənasızdır. Deməli, qurumun sözügedən qərarı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına və sülh sazişi prosesinə konstitusion əsas yaratsa da, ölkənin ərazi iddiası məntiqindən daşındığını təsdiqləmir. Bunun üçün referendum keçirilməlidir. Görəsən, məğzi anlamaq çoxmu çətindir?

Azərbaycan sülhə fundamental yanaşır və ona görə Ermənistan konstitusiyasının ölkənin İstiqlaliyyət Bəyannaməsinə istinad buxovundan qurtulmasının vacibliyini vurğulayır. Rəsmi Bakı sülhə həm də ona görə fundamental yanaşır ki, Paşinyan hakimiyyəti bu gün var, sabah olmaya da bilər. Deməli, məsələ hakimiyyətlərin deyil, xalqındır. Yəni erməni xalqı referendum yolu ilə özünün iradəsini göstərməli, işğalçılığa son qoyduğunu, ərazi iddiasına düşməyəcəyini bəyan etməlidir. O qədər uca səslə bəyan etməlidir ki, gələcəkdə ölkə rəhbərlik edəcək hansısa qüvvə onu avantürizm üçün alətə çevirməyi düşünməsin.

Yeri gəlmişkən, onu da bildirək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalananda, habelə sülh sazişinin mətni paraflananda Ermənistandakı radikal kəsim sənədi lakmus kağızı kimi qiymətləndirmişdi. Belə nəticə hasil olmuşdu ki, həmin kəsimin təmsilçiləri hakimiyyətə yiyələndikləri təqdirdə razılaşmanı pozacaqlar.

Digər tərəfdən, Paşinyanın İstiqlaliyyət Bəyannaməsindəki “Dağlıq Qarabağ” ifadəsinin sülhə maneçilik törətdiyinə dair vaxtilə səsləndirdiyi fikir var. Yəni prinsip etibarilə, baş nazir Azərbaycanın tələbinin nədən qaynaqlandığının fərqindədir. Paşinyan, həmçinin, onu devirmək istəyən qüvvələrin sülhə necə yanaşdıqlarından da xəbərdardır. Deməli, hökumət rəhbəri xalqının gələcəyini düşünürsə, sülh yolundakı bütün maneələri aradan qaldırmalı, bunun üçün özündə cəsarət tapmalıdır. Cəsarət tapıb konstitusiya dəyişikliyinin Azərbaycanın Ermənistanın daxili işlərinə qarışması kimi təqdimatlarına meydan oxumalı, məsələyə prinsipial yanaşmalıdır.

Sonda onu da bildirək ki, otuz ilə yaxın işğal dövrünü nəzərə alsaq, Azərbaycanın Ermənistanda konstitusiya dəyişikliyi tələbi tam haqlıdır. Prezident İlham Əliyevin dediyi kimi, “Bu, birbaşa bizə aidiyyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz”. Dövlətimizin başçısı Vaşinqtondakı müsahibəsində bunu da bildirib ki, ölkəmiz Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər qoymayıb.

Üstəlik, Prezident Əliyevin rəsmi Bakının İrəvanla sülh sazişinin imzalanması üçün irəli sürdüyü birinci şərti olan ATƏT-in Minsk qrupunun ləğvi ilə kostitusiya dəyişikliyi şərti arasında müqayisə apardığı da məlumdur: “Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdir və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı bir formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.

Sonda ümumiləşdirmə apararaq belə deyək: Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına dair məsələlərə kökündən son qoyulması üçün Paşinyanın bildirdiyi kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sənədin ratifikasiyadan keçərək, hüquqi qüvvəyə malik olması deyil, ilk növbədə dövlətimizin başçısının vurğuladığı məqamlar əsas götürülməlidir. Yaxşı olar ki, rəsmi İrəvan mahiyyətdən uzaqlaşmasın. Çünki uzaqlaşma sülhü də ləngi, etimad mühitinin formalaşmasına zərər vurur.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri