Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Ermənistan, sülh təbliğatı və parlament seçkiləri

Ermənistan, sülh təbliğatı və parlament seçkiləri

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İqtidar nə deyir, müxalifət nə?

Sülh. Beynəlxalq aləmin kifayət qədər qarışıq məcrada olduğu, az qala Üçüncü Dünya müharibəsi təhlükəsinin yaşandığı hazırkı zaman kəsiyində Cənubi Qafqaz coğrafiyasında onun mövcudluğunu görmək böyük divididenddir. Ancaq sülhün sabitliyi önəmlidir. Məqsədimiz Ermənistan hakim dairələrinin barış mühiti ilə bağlı ritorikalarına diqqət yetirməkdir. Əlbəttə, başqa məqamlara da nəzər salacağıq.

Baş nazir Nikol Paşinyan və ətrafındakı şəxslər çox tez-tez regionda sülhün qərarlaşdığını vurğulayırlar. Məlumdur ki, bu cür deyimlər qarşıdan gələn parlament seçkilərinə hesablanıb. O seçkilərə ki, indidən ölüm-dirim mübarizəsinə çevriləcəyi aşkardır və mübarizənin Paşinyana zidd qütbü hazırkı barış şəraitinin etibarlı olmadığından dəm vurur. Bu qütbün nümayəndələri, həmçinin Ermənistanın sabiq iqtidar nümayəndələrinin zamanındakı durumun sülh baxımından daha tutarlı olduğunu əsaslandırmağa çalışırlar. Arqumentləri isə budur ki, ölkələri torpaq itkisi ilə üzləşməmişdi.

Əlbəttə, torpaq itkisi dedikdə yada Qarabağ salınır. Daha doğrusu, bölgədəki separatçı rejim. Paşinyana əks düşərgənin təmsilçiləri bildirirlər ki, guya həqiqi sülh mühitinin mövcudluğu şəraitində “Azərbaycan cürət edib Qarabağı Ermənistandan qopara bilməzdi”. Şübhəsiz, belə sərsəm deyimlər də sırf parlament seçkilərinə hesablanıb və məqsəd ölkədəki revanşist və şovinist kəsimi hərəkətə gətirməkdir. Məqsəd, eyni zamanda, erməni cəmiyyətinin canından çıxmamış anti-Azərbaycan ab-havasını diri saxlamaqdır. Paşinyan isə...

Ermənistanın baş naziri son “Facebook” paylaşımlarının birində bildirib ki, ölkəsi müstəqillik qazandığı dövrdən bəri ilk dəfədir Azərbaycanla tam sülhə nail olub. Amma məsələyə bir qədər geniş yanaşmaq da mümkündür. Məsələ ondadır ki, erməni varlığı Cənubi Qafqazdakı mövcudiyyəti dövründə ilk dəfədir ki, nə iləsə kifayətlənmək yolu tutub. Paşinyan belə bir proqressivliyə nail olan liderdirmi, xeyr. Onun da səhvləri var və məsələyə sonda qayıdacağıq. Ümumən isə hər şeyi zaman göstərəcək.

Əlqərəz, 2025-ci ilin avqustunadək olan dövrdə ölkəsinin heç vaxt Azərbaycanla indiki sülh mühitində yaşamadığını dilə gətirən Paşinyan onu da bildirib ki, “2025-ci il Ermənistanın Azərbaycanla atışmalar nəticəsində itki vermədiyi ilk təqvim ilidir. 2024-cü ilin fevralından bəri sərhəddə ölüm və yaralanma halı qeydə alınmayıb”. Yeri gəlmişkən, N.Paşinyan paralel olaraq özündən əvvəlki dövrü də yada salıb.

Deməli, erməni hökumət rəhbəri sülhü parlament seçkilərində başlıca silaha çevirir. Görünür, o, ölkə cəmiyyətinin canındakı müharibə qorxusunu hiss edir. Nikol, habelə, müxaliflərin Azərbaycanla barış mühitinin etibarlı olmadığına dair təbliğat apardıqlarının da fərqindədir. Mövcud trayektoriyadakı başlıca cəhət əks düşərgə təmsilçilərinin hakimiyyətə yiyələnəcəkləri təqdirdə sülhü daha institusional hala gətirəcəklərinə dair vədləridir. Vəd deyəndə ki, ortada elə bir şey yoxdur. Müxaliflər araba kölgəsi axtarışındadırlar.

Bəli, Paşinyan bu kimi təbliğatlara qarşı çıxır və bildirir ki, öz hakimiyyətindən əvvəlki dövrün sabitlik ab-havasına “sülh” yox, “müharibənin təxirə salınması” demək lazımdır. Sözsüz ki, Nikol fikirlərində haqlıdır. Çünki Ermənistanda eks prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın iqtidarda olduqları illəri ölkə üçün sərfəli sülh dövrü kimi qələmə verənlərin ortaya düşmələri əbəsdir. O illəri ki, Ermənistan Rusiyanın dirijor çubuğu ilə idarə olunurdu və “itlər” arabanın kölgəsini öz gölgələri sanırdılar. Hərçənd, o illər də Azərbaycan onlara lazımi dərs verirdi. Elə dərslər ki, hər biri ölkəmizin torpaq itkisi ilə barışmayacağının mesajları idi.

Hazırda necə deyərlər, it də gedib, ip də. Ona görə Paşinyan “eks”lərin ona qarşı sülhün etibarsızlığına dair təbliğatını heçə endirmək üçün bildirir ki, Ermənistanın sabiq rəhbərlərinin zamanında hər il yüzlərlə itki verilirdi. İndi isə Bakı ilə İrəvan arasındakı “sülh artıq de-yure əsasa malikdir”. Nikol fikrini əsaslandırmaq üçün 2024-cü ildə iki ölkə arasında delimitasiya komissiyalarının fəaliyyətinə dair reqlamentin ratifikasiya olunmasını nümunə göstərib. “Bu sənədlə tərəflər Almatı Bəyannaməsini əsas prinsip kimi tanıyıblar. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan qarşılıqlı surətdə sovet dövründəki ərazilərini ali hüquqi səviyyədə tanıyıblar. Sülhün təməli budur”, - deyən Paşinyan Ermənistan vətəndaşlarını əldə olunmuş sülhə sahib çıxmağa çağırıb. Başqa sözlə desək, baş nazir sadə erməniləri parlament seçkilərində rəhbərlik etdiyi partiyaya etimad göstərməyə səsləyib ki, onun son dövrlərdəki, demək olar, bütün çıxış və bəyanatlarının məğzində məhz bu dayanır.

Sonda Paşinyanın haqqında söz açdığımız səhvlərinə qayıdaq. O səhvlər ki, onu qarabaqara izləməkdədir. Onun hələ 2019-cu ilə aid “Qarabağ Ermənistandır, nöqtə” sərsəmləməsini bir kənara qoyuruq. Nikol 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı da Qarabağ prioritetini elan etmişdi. Deməli, indiki əks durum, yumşaq desək, qeyri-ciddilikdir və peşəkar siyasət adamına yaraşmır.

Digər yandan, Ermənistan hakimiyyətinin 2020-2025-ci illəri əhatə edən sülh yolu heç də rəvan olmayıb. Ötən ilin avqustunadək rəsmi İrəvan manipulyasiyalarına ara verməyib. Bütün bunlar, istər-istəməz, erməni cəmiyyətinə də təsirini göstərib. O cəmiyyət ki, xəstəlikdən qurtulmayıb və özündə destruktiv çağırışlara boyun əymək zəifliyini yaşadır.

Yəni Paşinyan və komandasının sülh yolunda qətiyyətli davranması lazımdır və qətiyyət yalnız parlament seçkilərində qalib gəlmək naminə göstərilməməlidir. Çünki həqiqi sülhün Ermənistan üçün hiss ediləcək dividendləri qeydə alınmasa, xəstə cəmiyyətin yenidən hərəkətə keçməsi Paşinyanın sonunu gətirəcək. Onun sonu və hazırkı müxaliflərin hakimiyyətə yiyələnmələri isə Ermənistan üçün əsl fəlakət, erməni dövlətçiliyi üçün həqiqi iflas olacaq.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri