Ermənistan sülhü nə qədər uzatsa, bir o qədər təcrid vəziyyətinə düşür ŞƏRH EDİLDİ
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Ermənistanın sülhə gedən yolda tərəddüd etməsi, əslində, onun daxili siyasi vəziyyəti və regional reallıqları qəbul etməməsi ilə bağlıdır. Paşinyan hökuməti anlayır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması yalnız sənəd deyil - bu, Cənubi Qafqazda yeni geosiyasi düzənin formalaşması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin müəyyən təbəqələri, xüsusən də köhnə rejimə bağlı siyasi qüvvələr bu reallığı hələ də qəbul edə bilmir: "Digər tərəfdən, Ermənistan hələ də xarici təsirlərdən tam azad deyil. Bəzi Qərb dairələri və Rusiyanın regiondakı maraqları İrəvanın qərarvermə prosesinə təsir göstərir. Paşinyan hökuməti bu təzyiqlər arasında balans tapmaqda çətinlik çəkir. Lakin artıq Ermənistan anlayır ki, Azərbaycanla sülh prosesi nə qədər uzadılarsa, ölkə bir o qədər təcrid vəziyyətinə düşür.
Azərbaycan öz tərəfindən prosesə tam açıq yanaşır, delimitasiya və kommunikasiyaların açılması kimi məsələlərdə ardıcıl və prinsipial mövqe sərgiləyir. Buna qarşılıq olaraq, Ermənistanın sülhü uzatmaq cəhdləri nə regional, nə də beynəlxalq səviyyədə dəstək tapır. Əgər İrəvan real və praqmatik siyasət yürütmək niyyətindədirsə, sülh müqaviləsinin imzalanması onun üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından yeganə çıxış yoludur. Ermənistan bu yolla həm öz sabitliyini təmin edə, həm də qonşularla normal münasibətlərə başlaya bilər. Sülh təkcə kağız üzərində razılaşma deyil, həm də regionun gələcəyi üçün zəruri seçimdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















