İlham Əliyev nazirə Trampdan danışdı
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan–ABŞ münasibətləri baxımından tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin ilə görüşü zamanı danışıb.
Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərinin və səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli münasibətlərin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin ən yüksək səviyyəyə çatmasında və regionda sülhün təmin olunmasında ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. O, Azərbaycanın da ABŞ ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitinə toxunan dövlət başçısı regionda yeni vəziyyətin yarandığını və artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşadığımızı bildirib./Globalinfo.az
Baxış sayı:92
Bu xəbər 22 Noyabr 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















