Icma.az
close
up
RU
Ermənistan tərəfindən hər hansı sabotaj və ya təxribat cəhdləri qəbuledilməzdir ŞƏRH EDİLDİ

Ermənistan tərəfindən hər hansı sabotaj və ya təxribat cəhdləri qəbuledilməzdir ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Zəngəzur dəhlizi məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyan mövzudur. Hazırkı vəziyyəti qiymətləndirərkən bir neçə mühüm məqama diqqət yetirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat xəttinin ayrılmaz hissəsi ola bilər. Bu dəhlizin açılması təkcə Azərbaycan və Türkiyəni deyil, bütün türk dünyasını birləşdirən mühüm strateji yol olacaq. Həmçinin Avropa ilə Asiyanı birləşdirən tranzit imkanlarını gücləndirəcək. Bu baxımdan, dəhliz regionda geosiyasi balansın dəyişməsinə səbəb ola bilər. Ermənistanın mövqeyi isə hələ də qeyri-müəyyəndir, amma reallıq ondan ibarətdir ki, bu layihə onsuz da regional əməkdaşlığın tələbinə çevrilib: "Dəhlizin açılması Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, ölkəyə əlavə iqtisadi gəlirlər gətirəcək. Həmçinin Türkiyə vasitəsilə Avropa bazarlarına çıxışı daha da rahatlaşdıracaq. Bununla yanaşı, Orta Asiya dövlətləri də bu yoldan istifadə etməklə öz məhsullarını Qərbə daha qısa zamanda və daha az xərc ilə çatdırmaq imkanı əldə edəcəklər. Ermənistan isə bu dəhlizdən kənarda qalarsa, regiondakı iqtisadi proseslərdən təcrid olunacaq ki, bu da onun gələcəyi üçün mənfi nəticələr doğura bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, bu dəhliz ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipi əsasında fəaliyyət göstərəcək. Lakin eyni zamanda bu yolun təhlükəsizliyi tam təmin edilməlidir. Ermənistan tərəfindən hər hansı sabotaj və ya təxribat cəhdləri qəbuledilməzdir. Əks halda, bu, regionda yeni gərginlik ocağı yarada bilər. Ona görə də dəhlizin açılması prosesində həm regional, həm də beynəlxalq təhlükəsizlik mexanizmləri nəzərə alınmalıdır.

Zəngəzur dəhlizinin açılması region dövlətlərinin qarşılıqlı asılılığını artıracaq və sülhə xidmət edəcək. Azərbaycan və Türkiyənin təşəbbüsləri nəticəsində bu dəhliz reallığa çevrilərsə həm Rusiya, həm də Avropa İttifaqı bundan faydalanacaq. Beləliklə, gələcəkdə bu layihə regional əməkdaşlığın əsas sütunlarından biri ola bilər. Ümumilikdə desək, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də siyasi, iqtisadi və hərbi-strateji mahiyyət daşıyır. Onun açılması Cənubi Qafqazda yeni reallıqlar yaradacaq və uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri