“Ermənistan Türkiyə münasibətləri Azərbaycanla danışıqlara təkan verə bilər” İrəvandan açıqlama
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“Ermənistan–Türkiyə və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması ayrı-ayrı proseslər olsa da, regionda baş verənlər bu proseslərin bir-birinə müsbət təsir göstərməsini qaçılmaz edir”.
Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.
Rubinyan yanvarın 19-da parlamentdə jurnalistlərə açıqlamasında deyib ki, İrəvanın mövqeyində dəyişiklik yoxdur və hər iki istiqamət ayrıca gündəlik üzrə aparılır: “Ermənistan-Türkiyə münasibətlərində əldə olunacaq irəliləyiş Azərbaycanla münasibətlərin normallaşmasına zərər verməyəcək, əksinə, yeni impuls yaradacaq”.
Vitse-spiker eyni zamanda Ermənistan–Azərbaycan xəttində də ciddi irəliləyişlərin olduğunu vurğulayıb. O, 8 avqust sülh bəyannaməsini, eləcə də dəmir yolu blokadasının qismən aradan qaldırılmasını bu prosesin mühüm elementləri kimi dəyərləndirib.
“Ümumilikdə hesab edirəm ki, bütün proseslər müsbət istiqamətdə inkişaf edir və artıq müəyyən nəticələri görürük. Qarşıdakı dövrdə daha fərqli və konkret nəticələrin də şahidi olacağıq”, – deyə Rubinyan bildirib.
Erməni rəsmisinin bu açıqlamaları regionda normallaşma və kommunikasiya xətlərinin açılması ilə bağlı gözləntilərin artdığı bir dövrdə diqqət çəkir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama
19 Yanvar 2026 15:28
Türkiyə PUA sı Ermənistan ərazisini pozubmu? İrəvandan açıqlama
27 Yanvar 2025 00:11
Kremldən Azərbaycanla Ermənistan münasibətləri barəsində açıqlama
25 İyun 2025 18:26
Azərbaycanla Ermənistan dövlətlərarası münasibətləri təsis edir
09 Avqust 2025 01:10
Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub
15 Aprel 2025 18:43
Baxış sayı:107
Bu xəbər 19 Yanvar 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















