“Ermənistan və Azərbaycan cəmiyyətləri arasında təmasların aktivləşdirilməsi sülh üçün vacib amildir”
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
“Ermənistan və Azərbaycan cəmiyyətləri arasında təmasların aktivləşdirilməsi sülh üçün vacib amildir”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Biz qurulmuş sülhdən danışanda başa düşməliyik ki, əsas prinsiplər razılaşdırılıb, sülh müqaviləsi paraflanıb, lakin hələ də razılaşdırılmalı olan məsələlər var. Bu məsələlərdən biri də iki cəmiyyət arasındakı əlaqələrdir. Onu da qəbul etməliyik ki, bu barışıq vaxt tələb edir”, - deyə siyasətçi vurğulayıb.
Mirzoyan qeyd edib ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı səfərlərə böyük diqqət yetirilir.
"Bir neçə həftə əvvəl Ermənistanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmaslar olub və Azərbaycanda da belə tədbirlər keçirilməlidir və orada Ermənistandan nümayəndələr olmalıdır. Cəmiyyətlər arasında da həmin dialoqu inkişaf etdirməyin yolu budur", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















