Icma.az
close
up
RU
Yeni il xristian bayramıdırmı? İLGİNC faktlar

Yeni il xristian bayramıdırmı? İLGİNC faktlar

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni il bayramına sayılı günlər qalıb.

Hər il bu ərəfədə “Yeni il xristian bayramıdırmı?” sualı yenidən gündəmə gəlir və bu mövzu ətrafında cəmiyyətdə geniş müzakirələr, bəzən isə kəskin mübahisələr yaranır. Sosial şəbəkələrdə, ailə və dost məclislərində, hətta mediada bu məsələ müxtəlif baxış bucaqlarından dəyərləndirilir, fərqli mövqelər ortaya qoyulur.

Bir tərəf Yeni ili sırf təqvim dəyişikliyi və dünyəvi bayram kimi qəbul edərək onu digər ümumbəşəri bayramlar kimi qeyd etməyin təbii olduğunu düşünürsə, digər tərəf bu bayrama daha ehtiyatla yanaşır.

Belə ki, Yeni ili adi, şənlik xarakterli, insanları bir araya gətirən, ümid və arzularla dolu bir gün kimi qeyd edənlərlə yanaşı, onu qəbul etməyən, qeyd etməyin doğru olmadığını düşünənlərin də sayı az deyil. Bu insanlar əsasən bildirirlər ki, bizim öz milli və dini kimliyimiz, əsrlər boyu formalaşmış adət-ənənələrimiz və bayramlarımız var. Onların fikrincə, başqa mədəniyyətlərdən gələn bayramları qeyd etmək yerinə Novruz bayramı, dini bayramlar və xalqımızın tarixindən, dünyagörüşündən qaynaqlanan mərasimlər daha ön planda olmalıdır.

Məhz bu düşüncə tərzinə görə, bəzi ailələr evlərində Yeni il ağacı bəzəmir, şənlik təşkil etmir və bu günü adi gün kimi keçirirlər.

Lakin dini ekspertlər qeyd edir ki, xristianlar Milad bayramını - İsa Məsihin dünyaya gəlişini dekabrın 25-də qeyd edir, 31 dekabr isə sadəcə yeni təqvim ilidir.

Belə ki, pravoslavlar Milad bayramını yanvar ayının 6-dan 7-nə keçən gecə qeyd edir, bayram günü yanvarın 7-dir. Yanvarın 19-da isə Rəbbin Vəftizi bayramı qeyd edilir. 31 dekabrdan 1 yanvara keçən gecə qeyd edilən Yeni il bayramı dünyəvi təqvimə görə qeyd edilən bayramdır, yəni dini mahiyyəti yoxdur. Sadəcə kilsələrdə həmin gün Allaha yeni təqvim ili üçün xeyir-dua və lütf duaları edilir.

Beləliklə, Yeni il və ya Təzə il bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il bayramı, Yeni il ərəfəsindən sonra) baş verir. Bu, həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və İslamda Hicri Yeni il qeyd edilir.

Məlumata görə, bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan, mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb.

Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd edərmiş. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş.

Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.

Tarixçilərin fikrincə, Yeni il ənənələrinin yaşı 5 mindən az deyil. Bu ənənələr əkinçilik mədəniyyətinin yaranması ilə bağlıdır. Bir çox xalqlarda Yeni il 1 sentyabrdan və ya bahar, yaxud payız gecə-gündüzünün bərabərliyindən sonra başlayırdı.

Yeni ili qışın ortalarında qeyd etmək ənənəsi e.ə. 45-ci ildə Qədim Romada Yuli Sezarın təşəbbüsü ilə yaranıb. Yeni qəbul edilən və təsisçisinin şərəfinə Yulian təqvimi adlandırılan təqvim hər ay birinin adını daşıyıb və Yeni il yanvarın 1-dən başlanıb. Belə sayılır ki, Yeni ili şənlənərək və evləri bəzəyərək qeyd etmək ənənəsi məhz o zamanlar yaranıb.

Orta əsr Avropasında Yeni ilin qeyd edilməsi bütpərəstlərlə assosiasiya edilirdi. Buna görə də 567-ci ildə katolik kilsə 1 yanvarda Yeni ili qeyd etməyi qadağan etdi. Lakin son orta əsrlərdə Yeni ili yanvarın 1-dən başlamaq ənənəsi qaytarılır.

Rusiya imperiyasında Yeni ilin yanvarın 1-dən qeyd olunması Birinci Pyotrun 1699-cu il 15 dekabr tarixli fərmanı ilə təsis edilib. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Dekabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri