Icma.az
close
up
RU
Ermənistan və Azərbaycan QHT nümayəndələrinin Bakıda görüşü nə ilə nəticələnib? Politoloq AÇIQLADI

Ermənistan və Azərbaycan QHT nümayəndələrinin Bakıda görüşü nə ilə nəticələnib? Politoloq AÇIQLADI

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən həftə Ermənistanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Bakıya gəlməsi bir sıra dairələrdə geniş müzakirələrə səbəb olub. Təkcə Ermənistanın revanşit düşüncəli əhalisi yox, eləcə də onların beynəlxalq dairələrdəki havadarları da QHT nümayəndələrinin Bakıya səfərini geniş tənqid edib. Bu addımı hətta erməni xalqına xəyanət adlandıranlar da oldu.

Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycanın QHT nümayəndələri, eləcə də ölkə başçısı Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev də iştirak edib. Erməni mətbuatı Hikmət Hacıyevlə görüşən QHT nümayəndələri barədə geniş formatda xəbərlərə yer verib.

Bakıdan qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransında “Təhlükəsizlik Siyasətinin Araşdırma Mərkəzi” QHT-nin prezidenti Areg Koçinyan Ermənistan mediasına açıqlamasında deyib ki, QHT nümayəndələri Azərbycan Prezidentinin köməkçisi ilə görüşüb.

“Hikmət Hacıyev görüş zamanı deyib ki, birincisi, müharibə bitib, Azərbaycan üçün artıq müharibə yoxdur, münaqişə bitib, Ermənistan-Azərbaycan münaqişəsi onlar üçün bitib, bu qeyri-müharibə şəraitindən sülh qurmaq və sülhə doğru getmək istəyirlər və bu mesajı Ermənistana uzunmüddətli şəkildə çatdırmaq onlar üçün son dərəcə vacibdir, Ermənistanla hərtərəfli və uzunmüddətli sülh qurmaq istəyirlər və bu yolda irəliləməyə hazırdırlar və bəlkə də ən əsası, Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur.

Bunlar sözün əsl mənasında Azərbaycan prezidentinin köməkçisinin Ermənistan cəmiyyətinə çatdırmaq istədiyi birbaşa mesajlar idi,” – deyə Koçinyan bildirib.

Ermənistan cəmiyyəti bu mövzuda QHT nümayəndəsinin sözlərinə nə qədər güvənir? Əhali Azərbaycan xalqı ilə münasibətləri bərpa etməyə hazırdırmı? Elə Ermənistanın hökumət nümayəndələri ilə bağlı vəziyyət də sual altındadır. Paşinyanın komandasından başqa, müxalifət, yaxud neytral görünən partiyalar Azərbaycanla müsbət münasibətləri dəstəkləyirmi? Bütün bu suallara cavab tapmaq üçün politoloq Zeynal Əmrəliyevdən soruşduq. Politoloq açıqlamasında bildirdi ki, Ermənistanın hazırda Azərbaycanla münasibətləri bərpa etməkdən başqa çarəsi yoxdur.

“Çünki artıq Azərbaycan öz torbaqlarını azad edib, münaişəyə öz gücü hesabına son qoyub və faktiki olaraq artıq regionda əsas tərəf Azərbaycandır. Yəni, Azərbaycanın icazəsi olmadan hansısa layihə regiondan keçə bilməz və digər məsələlər öz əlini tapa bilməz.

Buna görə də düşünürəm ki, Azərbaycan olmadan regionda layihələrin icrası mümkün deyil. Parelel şəkildə də digər önəmli bir məsələ isə Ermənistandakı QHT nümayəndələrinin Bakıda gördüklərini, yəni səslənən fikirləri öz xalqının ictimaiyyətinə çatdırmasında düşünürəm ki, həqiqətən belə də olmalıdır. Yəni Ermənistanda ictimaiyyət nümayəndələri ziyalı kəsim öz xalqına başa salmalıdırlar ki, Azərbaycanla münasibətləri normallaşdırmaq indiki situasiyada ən düzgün variantdır.

Yəni, Azərbaycanla münasibətləri soyutmağın mənası yoxdur. Çünki regional əhəmiyyətli layihələrdə əsas söz sahibi ölkə Azərbaycandır. Məsələn, Azərbaycanın istəyi hesabına bu layihələr başa gəlir. Yəni, indi müəyyən dərəcədə də yeni layihələr üzrə ediləcək və əgər Ermənistan bu layihələrdə tərəf olmaq istəyirsə, qazanmaq istəyirsə, həmçinin, tranzit ölkə olaraq iştirak etmək istəyirsə, Azərbaycanla münasibətləri normal saxlamalıdır. Yəni, qazanmaq istəyirsə, iqtisadi dividendlər əldə etmək istəyirsə Azərbaycanla münasibətləri normal saxlamalıdır. 30 il ərzində Ermənistan ona görə regional layihələrdən kənarda qaldı ki, Azərbaycan torpaqlarını işğal etmişdi.

Halbuki bu lahiyələr Ermənistanda milyardlarla dollar vəsait gətirə bilərdi. Bütün bunları Ermənistanda ictimaiyyət nümayəndələri, ziyalılar, öz xalqına başa salmalıdırlar ki, artıq bu düşmənçiləyə son vermək lazımdır. Onsuz da, torpaqlar azad olundu, artıq münaqişəlik bir vəziyyət yoxdur və Ermənistan dövləti də artıq rəsmən qəbul edib məsələni.

Ermənistan xalqına da bunu başa salmalıdırlar və öz övladlarının revanşist hisslərini, türk düşmənçiliyini bitirməlidirlər. Çünki gələcəkdə əgər revanşizmə yenidən cəhd edilsə, bu onun başının əzilməsinə səbəb olacaq. Yəni, bunun artıq geri yolu yoxdur.

Ermənistan öz potensialını, öz gücünü bilərək, regiondakı bütün ölkələrə normal şəraiti quraraq, digər dövlətlərin for-postundan çıxaraq normal ölkə şəkilində davam etməlidir. Əgər öz müstəqilliyini qoruyub saxlamaq istəyirsə, bu yoldan getməlidir. Başqaçarəsi yoxdur.

Əgər vəziyyət bu şəkildə davam edərsə, bu, Ermənistanın üçün fəlakətlə nəticələnəcək”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Noyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri