Ovuclarınız qızarırsa, diqqətli olun: Həkimdən xəbərdarlıq
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt, tibb elmləri namizədi Andrey Kondraxin Aif.ru nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, ən narahatedici əlamətlərdən biri "qaraciyər ovucu" adlandırılan simptomdur.
"Terapevtlərin "qaraciyər ovucu" adlandırdıqları bir əlamət var. Bu zaman ovuclar parlaq qırmızı rəng alır. İnsan adətən heç bir xüsusi narahatlıq hiss etmir, lakin bəzən qaşınma müşahidə oluna bilər. Ovucların bu cür qızarması qaraciyər xəstəliklərinin ilkin əlamətlərindən biri ola bilər", - deyə Andrey Kondraxin izah edib.
Həkim vurğulayıb ki, ovucların rəngində nəzərəçarpacaq dəyişiklik, xüsusilə, qızartı və ya saralma müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.
"Əgər ovuclar artıq normal çəhrayı rəngdə deyilsə, bu, daxili orqanların fəaliyyətində pozuntu olduğuna işarə edə bilər", - deyə Kondraxin bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Noyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















