Icma.az
close
up
RU
Ermənistan Xankəndidə vəfat edən erməni sakinin meyitini qəbul etmir: 70 yaşlı qadının ölümündən Azərbaycana qarşı istifadə cəhdləri baş tutmadı

Ermənistan Xankəndidə vəfat edən erməni sakinin meyitini qəbul etmir: 70 yaşlı qadının ölümündən Azərbaycana qarşı istifadə cəhdləri baş tutmadı

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanın Xankəndi şəhərində yaşayan, erməni əsilli, 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovna bu il oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib. Bu barədə 3 gün sonra Səhiyyə Nazirliyi tərəfindən mətbuata açıqlama verilmiş, bildirilmişdi ki, ölümlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.

Bizimyol.info xəbər verir ki, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.

Həmçinin qeyd olunmuşdu ki, Vera Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilib, ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdir.

“Vera Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi məlumatlandırılıb, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilib”, - deyə Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir.

Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilib. Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülüb, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınıb, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilib) təsdiq edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılıb. Görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilib. Lakin müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmayıb. Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilib.

Təhlillər göstərir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitinin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olub. Ermənistan tərəfi ehtimal edib ki, Azərbaycan tərəfi Vera Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edə və bu faktdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər. Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərindən proses onlar üçün aktuallığını itirib.

Dinindən və milliyyətindən asılı olmayaraq, vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir.

Azərbaycan həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq, Dövlət Komissiyası Vera Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir.

Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi Vera Ağasyanın meyitini qəbul etməyəcəyi halda, meyit Azərbaycan ərazisində dəfn ediləcək və məzarı müvafiq qaydada qorunacaq.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri