Ermənistan XİN Ceyhun Bayramovun sözlərini təsdiqlədi: Sülh sazişinin imzalanma vaxtı və yeri...
Icma.az bildirir, Mia.az portalına istinadən.
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakının sülh sazişi mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyib.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
"Ermənistanın Xarici İşlər Nazirliyi "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin layihəsi üzrə razılaşmanın əldə edilməsi və bu saziş layihəsi üzrə razılığın əldə edilməsi ətrafında danışıqların başa çatması faktını təsdiqləyir", - məlumatda bildirilib.
Qeyd olunub ki, Ermənistan xarici siyasət idarəsi diplomatik kanallar vasitəsilə Bakıya Ermənistanın sülh müqaviləsi layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini çatdırıb.
“İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır", - Ermənistan XİN məlumatda vurğulayıb(Report)
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov bu gün Azərbaycan və Ermənistanın sülh sazişinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdığını bəyan edib.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Mart 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















