Ermənistan XİN: Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hələ 13 martda saziş mətninin razılaşdırıldığı elan edilərkən, Ermənistan tərəfi sənədin tezliklə imzalanmasına hazır olduğunu bəyan edib. Bu mövqe 8 avqustda sazişin paraflanması ilə də təsdiqlənib və beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazanıb.
Ani Badalyan vurğulayıb ki, Ermənistanın imzalama tarixinə dair prinsipial mövqeyi dəyişməyib. “Sazişin qısa zamanda imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 14 Sentyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















