Icma.az
close
up
RU
Ermənistan yaxın vaxtlarda konstitusiyasına müvafiq dəyişikllik edərsə, yekun sülh müqaviləsi bağlana bilər

Ermənistan yaxın vaxtlarda konstitusiyasına müvafiq dəyişikllik edərsə, yekun sülh müqaviləsi bağlana bilər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla qurulan sülhü əllərində olan ən dəyərli şey kimi dəyərləndirməli olduqlarını qeyd edərək, "Bu, yeni həyatdır. Bu, tarixin yeni mərhələsidir" deyib. Paşinyan xalqa müraciətində avqustun 8-də ABŞ prezidenti Donald Trampın himayəsi ilə Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli sammiti, eləcə də iki ölkə arasında sülh prosesini dəyərləndirib. Baş nazir Vaşinqtonda dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında qarşılıqlı öhdəliklərin qeydə alındığını qeyd edərək, nəqliyyat əlaqələrinin açılması məsələsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Nikol Paşinyan  əlavə edib ki, Azərbaycanın qərb vilayətləri ilə Naxçıvan arasında Ermənistan ərazisi ilə maneəsiz əlaqənin təmin edilməsi beynəlxalq səviyyədə tanınmış rabitə təminatları və Ermənistan üçün yeni əməkdaşlıq perspektivləri deməkdir. Baş nazir xatırladıb ki, iki ölkə arasında düşmənçilik səhifəsinin bağlanması ilə bağlı razılıq əldə olunub.

"Biz bəyan etmişik ki, sərhədlərin dəyişdirilməsi üçün gücdən istifadənin qəbuledilməzliyi prinsipi qeyd-şərtsizdir və yenidən nəzərdən keçirilə bilməz. Bu, xalqlarımız üçün keçmişdə düşmənçiliyi tərk etmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi şansdır. Biz bu gün və gələcəkdə qisas almaq cəhdlərini qəti şəkildə rədd edirik. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Avqustun 8-dən biz tamamilə yeni reallıqda yaşayırıq. Bu, yeni Cənubi Qafqaz, bu, yeni Ermənistan Respublikasıdır. Biz bu reallığı dərk etməliyik", - baş nazir əlavə edib.

Müstəqilliyin ilk günlərindən münaqişə mühitində yaşadıqlarını qeyd edən Paşinyan deyib: "Sülh bizim üçün yad, bir çox cəhətdən yad bir fenomendir. Amma mən sizi bu anın əhəmiyyətini qiymətləndirməməyə çağırıram. Bu gün bizim köhnə səhifələri bağlamaq və yenilərini - sülh, istehsal və inkişaf səhifələrini açmaq imkanımız var". Onun sözlərinə görə, heç kimin sülhə etinasız yanaşmağa haqqı yoxdur. "Biz Azərbaycan və Ermənistan arasında yaradılmış sülhü hər gün əlimizdə olan ən dəyərli şey kimi dəyərləndirməliyik. Bu, yeni həyatdır. Bu, tarixin yeni mərhələsidir. Biz indi yeni tərzdə yaşamalıyıq. Biz düşüncə tərzimizi, dilimizi, sosial vərdişlərimizi, dövlətə münasibətimizi, iqtisadi modellərimizi dəyişməliyik. Çünki dünya fərqli məntiq, fərqli psixologiya tələb edir", - deyə o, sözlərinə davam edib. Vaşinqtonda əldə olunan razılaşma sayəsində 30 ildən artıq təcrid olunmuş Ermənistanın inanılmaz imkanlar əldə etdiyini qeyd edən Paşinyan əlavə edib: "Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələri ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında açılacaq. Biz əvvəllər sərhədin keçməsini sadələşdirməyə hazır olduğumuzu bildirmişdik. Bu məsələ qarşıdakı ətraflı danışıqların mövzusu olacaq. Lakin bu, heç bir yeni təhlükə yaratmır. Çünki bu, Vaşinqtonun təkrar prinsipidir. Azərbaycanla balanslaşdırılmış və qarşılıqlı məqbul həll yollarının tapılacağına zəmanətdir", - deyə baş nazir vurğulayıb.

"İki ölkə arasında bəzi mübahisəli ərazilər sərhədlərin müəyyənləşdirilməsi və sərhəd xətlərinin yaradılması prosesində həll olunacaq. Qarabağ ermənilərinin geri qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir"-deyən Baş nazir qeyd edib ki, Qarabağ məsələsi bəzi dairələr tərəfindən Ermənistanın müstəqilliyinin və dövlətçiliyinin inkişafına mane olmaq üçün vasitə kimi istifadə olunur: "Qaçqınların (Qarabağ ermənilərinin) Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır". Baş nazir çıxışını yekunlaşdırarkən bildirib ki, əldə olunan sülh hər gün qorunmalı olan yeni reallıqdır: "Sülh bərqərar oldu və bizim vəzifəmiz ona qayğı ilə yanaşmaq, onu möhkəmləndirmək və tədricən ona daha institusional xarakter verməkdir. Bu, Ermənistanın müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin qorunmasının, həmçinin bizim və övladlarımızın ölkəmizdə azad və xoşbəxt yaşamasının təminatıdır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalıına açıqlamasında qeyd edib ki, 18 avqustda Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətdə Ermənistan-Azərbaycan münasibətləri, sülh prosesi, sərhədlərin delimitasiyası, ermənilərin Qarabağa qayıtmasının mümkünsüzlüyü ilə bağlı bir çox vacib məsələlərə toxunub. Deputat vurğulayıb ki, Paşinyanın bu açıqlamaları regionda yaranmış yeni reallıqa erməni ictimaiyyətin uyğunlaşdırılması məqsədi daşıyır.

Azər Badamov

“Qarabağdan imtina olunmasının regiona sülh gətirdiyini qeyd edən Paşinyan, həm də Qarabağ məsələsi uzun illər boyu Ermənistanda hakimiyyətə gəlmək və əlində saxlamaq üçün müəyyən şəxslərin əlində bir alət olduğunu xalqa bildirir. Təbii ki, Paşinyanın qeyd etdiyi kimi, 30 il müharibə şəraitində yaşayan bir ölkənin əhalisinə sülh içində yaşamasının nə olduğunu anlatmaq vacibdir”-deyən deputat hesab edir ki, Paşinyanın müraciəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasının sürətlənməsinə töhfə verəcək.

Azər Badamov bildirib ki, yekun sülh müqaviləsini imzalamaq üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları çıxarılmalıdır, bunun üçün referendum keçirlməli və Ermənistan konstitusiyasına müvafiq dəyişikliklər olunmalıdır.

“Paşinyan xalqa müraciətində reallığı çatdırmaqla erməni ictimaaiyyətini referenduma hazırlayır. Əgər Ermənistan yaxın vaxtlarda konstitusiyasına müvafiq dəyişikllik edərsə, Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər yekun sülh müqaviləsi bağlana bilər”-deyə Azər Badamov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri