Yekun sülh üçün Ermənistan Konstitusiyasına dəyişiklik və TRIPP öhdəliklərinin icrası şərtdir
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi və TRIPP layihəsi çərçivəsində üzərinə götürülən öhdəliklərin tam şəkildə yerinə yetirilməsi vacib şərt kimi qalır.
BAKU.WS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat təqdimatı zamanı bildirib.
Nazir qeyd edib ki, etimadın möhkəmləndirilməsi məqsədilə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər təşkil olunub. Onun sözlərinə görə, noyabr ayında Qəbələdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsinə dair üzbəüz görüş keçirilib. Bundan əvvəl isə yanvar və fevral aylarında eyni mövzu üzrə müzakirələr onlayn formatda baş tutub.
C.Bayramov əlavə edib ki, humanitar əməkdaşlıq çərçivəsində Qazaxıstan taxılının Azərbaycan ərazisindən tranzitlə Ermənistana daşınmasına da icazə verilib. Bununla belə, yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü tələblərin yerinə yetirilməsi əsas şərt olaraq qalır.
Nazir vurğulayıb ki, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması regionda davamlı sülhün təmin olunması baxımından mühüm addım hesab olunur. Onun sözlərinə görə, Vaşinqtonda keçirilən sammit bu prosesə ciddi töhfə verib və həmin görüşün nəticələri əsasında TRIPP layihəsi Azərbaycanın daxili birliyinin möhkəmlənməsinə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 26 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















