Icma.az
close
up
RU
“Ermənistan yenidən savaş başlatmaq iqtidarında deyil” Fərəc Quliyev

“Ermənistan yenidən savaş başlatmaq iqtidarında deyil” Fərəc Quliyev

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fərəc Quliyev: “İndiki məqamda Ermənistanın Azərbaycanın ortaya qoyduğu yol xəritəsini pozmaq üçün nə imkanları, nə də istəyi var”


“Ermənistan Avropa ilə Rusiya arasında seçim etmək ərəfəsindədir. Belə məqamda onun hansısa münaqişəyə başlaması inandırıcı görünmür”


Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Bu barədə "Caliber.az" məlumat yayıb. Nəşr qeyd edib ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhvali-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir. Keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək: "İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır". Nəşr vurğulayıb ki, toplanan faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir: "Bütün mövqelər tunellər sistemi ilə bir-birinə birləşib və erməni diversantların Azərbaycana qarşı təxribat törətməsi üçün nəzərdə tutulub. Ermənistan zorakı təxribata məqsədyönlü hazırlıq aparır, yeni reallıq yaratmağa can atır, sonra isə bunu artıq baş vermiş hadisə kimi təqdim etməyə çalışacaq. Məqsəd ondan ibarətdir ki, sərhəddə vəziyyətin sürətlə dəyişməsi Azərbaycanı yeni fakt qarşısında qoysun, Bakını işğalın özünə deyil, onun nəticələrinə reaksiya verməyə məcbur etsin". Qeyd edək ki, son günlərdə şərti sərhədlərdə təxribatlar yaşanmaqda, Aİ-nin "müşahidə missiyası"nın fəallığı artmaqdadır. Əlavə olaraq, Ermənistanda revanşistlərin aktivləşməsi də müşahidə olunmaqdadır. 


Bölgəmizdə baş verənlərlə bağlı "Sherg.az"ın suallarını cavablandıran Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev Ermənistanın Azərbaycana qarşı yenidən müharibə ehtimalını istisna edir. Partiya rəhbərinin sözlərinə görə, Ermənistan yenidən savaş başlatmaq iqtidarında deyil...


 - Fərəc bəy, sürətli silahlanma və təxribatlar fonunda "Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşması" iddialarını necə dəyərləndirirsiniz? 

 - Ermənistanın Azərbaycanla yenidən müharibəyə başlaması inandırıcı deyil. İlk növbədə buna zərurət yoxdur. Digər tərəfdən Ermənistanın bunu icra etməyə yetərli gücü yoxdur. Hazırda elə bir şərait yaranıb ki, Ermənistan seçim qarşısındadır. Avropa ilə Rusiya arasında seçim etmək ərəfəsindədir. Belə məqamda Ermənistanın hansısa münaqişəyə başlaması, hətta təxribatlar törətməsi İrəvana sərfəli deyil. Nəzərə alaq ki, son günlər ABŞ-nin Rusiyaya bir qədər nəfəslik verməsi Moskvanı dirçəldib. İrəvan ehtiyatlanır ki, Ermənistan daxilində Rusiyanın silahlı qüvvələri müəyyən manevrlər edə bilərlər. Hətta çevrilişə əl atarlar. Rusiya qoşunları 102-ci hərbi bazanı tərk edərək bəzi yerlərə gedirlər, özlərini göstərirlər.


 - Ermənistanın aşırı silahlanması, hərbi texnikalar alması və hərbi təlimlər hansı məqsəd güdür?  

 - Ermənistanın silahlanması Rusiyadan qopmaq üçün hazırlıqdır. Onsuz da erməni ordusu yoxdur, hələ indi-indi yaranmağa başlayır. Ermənistan sərhədlərini erməni ordusu yox, rus sərhədçiləri qoruyurdu. İndi də sərhədin bir hissəsini ruslar mühafizə edir. Ermənistanın silah məsələsində Rusiyanı əvəzləməkdə məqsədi odur ki, Rusiyanın hərbi texnikalarından asılı olmasınlar. Bir ölkədən silah-sursat alırsansa, onun ehtiyat hissələri, xidməti və s. məsələlər də var. Rusiya günün birində bunları kəsə bilər. Əgər Ermənistan Rusiyadan uzaqlaşmaq siyasəti aparırsa, KTMT-dən ayrılırsa, silahlanmanı başqa ölkələr vasitəsilə həyata keçirməlidir. Ermənistan silahlı qüvvələri tədricən NATO sisteminə keçəcək. Ermənistandakı aktivlik, silahlı qüvvələrin hazırlanması və təlimlər daxildəki çaxnaşmaya qarşıdır. Rusiyameyilli siyasətçilər - S.Sarkisyan, R.Köçəryan fəallaşıblar. Revanşist qüvvələr güman edirlər ki, bir qədər dirçələn Rusiya Ermənistandakı proseslərə əl atacaq. İrəvan hökuməti də çevriliş cəhdlərinə qarşı hazırlıq görür. Belə gözləntilər var idi. Ona görə də ABŞ səfirliyinin Ermənistanda 2 mindən çox əməkdaşı var. Kiçik bir dövlətdə bu qədər əməkdaş saxlamaq Paşinyanın təhlükəsizliyinin təminatı üçündür. 


 - Son günlər şərti sərhədlərdə baş verən təxribatlar nəyə hesablanıb? 

 - Kiçik təxribatlar ola bilər. Baş nazir Nikol Paşinyana tabe olmayan, ordu daxilində Rusiyaya bağlı qüvvələr təxribatlara əl ata bilərlər. Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini pozmaq üçün də buna gedərlər. Bütövlükdə isə Ermənistan Azərbaycana qarşı yenidən hərbi təcavüzü reallaşdıra bilməz. Azərbaycan artıq bölgə gücünə çevrilib. Üstəlik, Azərbaycan və Türkiyə bütün məsələlərdə birgə davranırlar. Bəxtiyar Ersay Paşanın (Azərbaycan müdafiə nazirinin müşaviri -red) dediyi kimi, "bir millət, iki dövlət, bir ordu"yuq. Sadəcə, Ermənistanın deyil, istənilən dövlətin Azərbaycana qarşı çıxması Türkiyəyə qarşı çıxmaq kimi dəyərləndirilə bilər. 


 - Dirçələn Rusiya Ermənistan hökumətinə daha ciddi təzyiqlər göstərə, Paşinyanı nəyəsə vadar edə bilərmi? 

 - Rusiyanın bu oyundan qalib çıxması mümkün deyil. Düzdür, bir-iki həftə illüziya yaşadılar, yəqin ki, bir müddət də belə davam edəcək. Amma Ciddədə Ukrayna-ABŞ nümayəndələri arasında baş tutan görüşdə müəyyən razılaşmalar oldu. Tramp administrasiyası Ukraynaya hərbi və kəşfiyyat dəstəyini davam etdirmək qərarı aldı. Tramp dedi ki, onların məqsədi büdcədə hərbi xərcləri azaltmaq olsa da, indi bunun zamanı deyil. Çünki qarşılarında Rusiya və Çin var. Rusiyanın yaxın günlərdə bu məsələdə şapalaq yeməsinin şahidi olacağıq. Ukrayna 30 günlük atəşkəsə razılıq verib. Rusiya rəhbəri V.Putinin cavabı gözlənilir. Putin "yox" deyən kimi vəziyyət xeyli dərəcədə mürəkkəbləşəcək. Əslində, Trampdan sonra Rusiya-Ukrayna cəbhəsində ciddi dəyişiklik yoxdur. Əvvəlki kimi davam edirlər. O baxımdan Rusiya dirçəlməyəcək. Amma belə bir ehtimal olduğunu düşünərək məsələyə yanaşsaq, əlbəttə ki, Rusiya dirçələn kimi Ermənistana, Cənubi Qafqaza, postsovet məkanına əl atmağa çalışacaq. Bu dövlətin institutlaşmış bir siyasəti var. Hətta Zəngəzur dəhlizinin açılması Rusiyaya ciddi şəkildə lazım olduğu halda indi açılmasını istəmirdi. Çalışırdı ki, Paşinyanı dəyişsin, sonra ona tabe olan, onun qulu olan fiqurlarla dəhlizin açılmasına nail olsun. Zəngəzur dəhlizinin açılması ilə Ermənistanda çiçəklənmə başlayacaq və Paşinyan möhkəmlənəcək. Rusiya bunu istəmirdi, amma layihə alınmadı və bu məsələ yubandı. Düşünürəm ki, artıq qatar gedib və Rusiyanın təzədən bu məsələlərə qayıtması qeyri-mümkündür. 


 - Azərbaycan-Ermənistan arasında sülh prosesində irəliləyiş varmı? Proses ləng gedir, yoxsa ümumiyyətlə dalana dirənib? 

 - Prosesin dalana dirəndiyini, ləng getdiyini demək olmaz. Arxa qapı diplomatiyası deyilən anlayış var. İş gedir və hazır məhsulu masa üzərinə qoyurlar. Məncə, bu, doğru yanaşmadır. Əgər bişirilməmiş məhsulu masa üzərinə qoysalar, Rusiya mütləq "bişmiş aşa su qatacaq", prosesə mane olacaq. Ona görə bəzi məsələlər qəfil ortalığa çıxarılır. Məsələn, "Konstitusiya dəyişikliyi olmayacaq" deyiləndən sonra Paşinyan çıxıb "Konstiutusiyada dəyişiklik mütləqdir" deyə açıqlama verir. Yaxud, Zəngəzur dəhlizindən danışır və s. Yəni sülh prosesi, danışıqlar normal şəkildə irəliləyir, tələsmək üçün əsas yoxdur. Sadəcə olaraq Paşinyanın vəziyyəti elədir ki, həm Azərbaycanla danışmalı, həm Qərbdəki tərəfdarlarını razı salmalı, həm də Rusiyanı, İranı çox hürkütməməlidir. Bununla yanaşı, daxildəki müxalifətin əlindən də bəzi şüarları almalı, təzyiqlərin qarşısında dayanmalıdır. Paşinyanın müəyyən qədər yarımgizli fəaliyyəti bununla bağlıdır. 


 - Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı alternativlərini, "İrəvan bu məsələdə öhdəlik götürməyib" açıqlamasını necə dəyərləndirirsiniz? 

 - Paşinyan "Ermənistan bu məsələdə üzərinə öhdəlik götürməyib" açıqlamasını Azərbaycanla münasibətlər kontekstində söyləmir. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda Rusiyanın dəhlizə nəzarət etməsi ilə bağlı bir müddəa var. Paşinyan bunu birmənalı istəmir. Ermənistanın ağaları da bunu istəmirlər. Paşinyan məhz buna görə öhdəliklərdən imtina edir. Amma görürsüz, Azərbaycan qatarlarının, Türkiyə TIR-larının Zəngəzurdan keçə biləcəyini deyir. Baş nazir İrəvan hökumətinin mövqeyini nisbətən yumşaldır, çünki istənilən açıqlaması erməni müxalifəti tərəfindən fərqli yozulur. İddia edirlər ki, Paşinyan Zəngəzur ərazisini Azərbaycana güzəştə gedir. Ona görə məsələlər etap-etap, cəmiyyəti, ictimai fikri hazırlaya-hazırlaya irəliyə doğru gedir. Bu da Azərbaycanın vizyonuna uyğun gedişatdır, narahatlığa ehtiyac görmürəm. Əlbəttə, mən Ermənistandan sülh göyərçini düzəltmək fikrində deyiləm. Güclü olmadığımız dönəmdə ayağımız nə zaman büdrəsə, Ermənistan Azərbaycanı hətta işğal etməyə belə cəhd edir. Bu, başqa məsələdir. Biz çomağı əlimizdə hazır saxlamalıyıq. Amma indiki məqamda Ermənistanın Azərbaycanın ortaya qoyduğu yol xəritəsini pozmaq üçün nə imkanları, nə də istəyi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Mart 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see138

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see129

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see127

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see126

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see122

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri