Icma.az
close
up
RU
Fələstin xalqı milli barışıq axtarışında: Hakimiyyətdə kimlər təmsil olunacaq? POLİTOLOQ

Fələstin xalqı milli barışıq axtarışında: Hakimiyyətdə kimlər təmsil olunacaq? POLİTOLOQ

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Fələstinin HƏMAS və FƏTH hərəkatlarının nümayəndə heyətləri Qahirədə danışıqlar aparır.

Avtosfer.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi xəbər verir. Məlumata görə, HƏMAS nümayəndə heyətinə hərəkatın Qəzzadakı lideri Xalil əl-Həyyə, FƏTH tərəfini isə Fələstinin vitse-prezidenti Hüseyn əş-Şeyx və ümumi kəşfiyyat xidmətinin rəhbəri Macid Fərəc təmsil edir. Danışıqlarda, həmçinin, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sabitliyin təmininə yönəlmiş sülh planının ikinci mərhələsi də müzakirə olunur.

Mövzu ilə əlaqədar politoloq Zeynal Əmrəliyev Avtosfer.az saytına açıqlamasında bildirib ki, vasitəçi rolunda çıxış edən Misir noyabrın ikinci yarısında Qəzzanın bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirməyə hazırlaşır. İki təşkilat arasında davam edən hakimiyyət uğrunda mübarizə Fələstində dövlətin formalaşmasında əsas maneələrdən biridir:

“Tərəflər arasında əsas məsələ milli birlik hökumətinin qurulması və parlament seçkilərin keçirilməsidir. Bunun üçün Qəzza vilayəti və İordan çayının qərb sahili arasında siyasi-iqtisadi inteqrasiyanın qurulması vacibdir. Bu FƏTH üçün xüsusi əhəmiyyət daşıyır. Mahmud Abbas sonrası Fələstin Muxtariyyətində siyasi hakimiyyətin daha dayanıqlı olması üçün daxili intiriqalara son qoymaq lazımdır. HƏMAS-ın silahsızlaşacağını nəzərə alsaq, öz zaman hərəkat bunun qarşılığında siyasi partiya şəklində Fələstinin gələcək idarəetməsinə qatıla bilər”.

Politoloq onu da vurğulayıb ki, FƏTH və HƏMAS-ın ortaq mövqeyi Qəzzanın yenidən bərpası ilə bağlı bağlı Misirdə keçiriləcək sammitdə müsbət qərarın əldə edilməsi baxımından önəmlidir.

“Tramp Administrasiyasının Yaxın Şərqdə sülh təşəbbüsünün ikinci mərhələsi Fələstin tərəflərinin razılaşdırılmış mövqeyini tələb edir. Danışıqlarda müsbət nəticənin əldə edilməsi Qəzzanın bərpası üçün beynəlxalq dəstəyi xeyli gücləndirə bilər. Eyni zamanda, Fələstin rəhbərliyində vahid mövqenin formalaşdırılaraq  İsrailə qarşı güclü diplomatik mövqenin əldə edilməsinə gətirib çıxara bilər. Bu qərar eyni zamanda Fələstinin müstəqil dövlət kimi daha çox ölkə tərəfindən tanınmasıh və beynəlxalq birliyə sürətli inteqrasiyasını təmin edəcək mühüm addımdır. Misirdə alınacaq mənfi qərar isə Qəzzanın blokadasının davam etməsinə səbəb olacaq. Bu onsuz da ağır olan humanitar böhranı daha da dərinləşdirəcək. Həmçinin, danışıqlarda İsrailin mövqeyi daha da güclənəcək, HƏMAS üzərində isə İran və Qətər kimi ölkələrin təsiri xeyli güclənəcək. Bütün hallarda bu aydın görünür ki, Misirdə razılıq yalnız siyasi iradə və qarşılıqlı güzəşt olarsa mümkündür. Əks halda bu görüş də əvvəlkilər kimi “simvolik təşəbbüs” olaraq qalacaq”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri