Icma.az
close
up
RU
Ermənistan zəfərimizdən nəticə çıxarsa, daha yaxşı olar, nəinki… AÇIQLAMA

Ermənistan zəfərimizdən nəticə çıxarsa, daha yaxşı olar, nəinki… AÇIQLAMA

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi altında Azərbaycan ordusu 44 gün ərzində 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoyaraq Cənubi Qafqazın mirvarisi hesab edilən və baş tacımız olan Şuşada üçrəngli bayrağımızı dalğalandırmaqla növbəti möhtəşəm zəfərlərin balanğıcını qoyan qələbədən 4 il keçir. 

Bunu Ölkə.Az-a açıqlamasında deputat Eyvaz Qurbanov deyib.

Deputat bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalına son qoymaqla ərazi bütövlüyünü bərpa edərək, Cənubi Qafqaz bölgəsində tamamilə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaratdı: “Şuşanın işğaldan azad edilərək, orada üçrəngli bayrağımızın dalğalanması növbəti qələbələrimizin əsasını qoydu. Düşmən işğal altında olan Ağdam, Kəlbəcər və Laçın kimi strateji ərazilərimizi müharibəsiz geri qaytardı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 

Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış edərək, regional baxışı və yanaşmasının dayanıqlı sülh quruculuğuna əsaslandığını bəyan etdi.

Lakin Ermənistan tərəfinin üçtərəfli bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdən işğalçı qüvvələri çıxarmaması, davam edən hərbi-siyasi təxribatları, təbii ehtiyatlarımızın qanunsuz istismarı, vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidini davam etdirməsi, işğal dövrünün qalıqları olan erməni silahlı birləşmələri və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimə qarşı 2023-cü ilin sentyabrın 19-20-də Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsini labüd etdi. Əgər 2020-ci ildə 44 günülük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etmişdisə, antiterror əməliyyatı nəticəsində suverenliyini tam bərpa etdi. 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi.

Hazırda, çətin də olsa, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.

Azərbaycanın bölgədə dayanıqlı sülh, sabitlik və sıx əməkdşalıq istiqamətində yürütdüyü siyasətin uğurla yekunlaşmasının qarşısında hələ də bir çox çağırış və təhdidlər qalmaqdadır. Xüsusən də Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir. Hesab edirəm ki, Ermənistan yaxın dövrün tarixindən dərs çıxararaq, qonşularına qarşı ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır. Ermənistan tərəfi bunu nə qədər tez anlasa yaxşı olacaq. Bununla da ermənilər tarix boyunca üzləşdikləri faciələrə son qoymaqla inkişaf mərhələsinə qədəm qoymuş olacaqlar”.

Deputat onu da əlavə edib ki, Azərbaycan xalqı bundan sonra cənab Prezident İlham Əliyevin liderliyi altında bölgədə dayanıqlı sülhü bərpa etməklə, yeni-yeni uğurlara və qələbələrə imza ataraq dünyanın ən güclü ölkələrindən birinə çevriləcək.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri