Icma.az
close
up
RU
Ermənistan zəfərimizdən nəticə çıxarsa, daha yaxşı olar, nəinki... AÇIQLAMA

Ermənistan zəfərimizdən nəticə çıxarsa, daha yaxşı olar, nəinki... AÇIQLAMA

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

Ermənistan zəfərimizdən nəticə çıxarsa, daha yaxşı olar, nəinki... - AÇIQLAMA

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi altında Azərbaycan ordusu 44 gün ərzində 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoyaraq Cənubi Qafqazın mirvarisi hesab edilən və baş tacımız olan Şuşada üçrəngli bayrağımızı dalğalandırmaqla növbəti möhtəşəm zəfərlərin balanğıcını qoyan qələbədən 4 il keçir.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Eyvaz Qurbanov deyib.

Deputat bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalına son qoymaqla ərazi bütövlüyünü bərpa edərək, Cənubi Qafqaz bölgəsində tamamilə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaratdı: "Şuşanın işğaldan azad edilərək, orada üçrəngli bayrağımızın dalğalanması növbəti qələbələrimizin əsasını qoydu. Düşmən işğal altında olan Ağdam, Kəlbəcər və Laçın kimi strateji ərazilərimizi müharibəsiz geri qaytardı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış edərək, regional baxışı və yanaşmasının dayanıqlı sülh quruculuğuna əsaslandığını bəyan etdi.

Lakin Ermənistan tərəfinin üçtərəfli

bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdən işğalçı qüvvələri çıxarmaması, davam edən hərbi-siyasi təxribatları, təbii ehtiyatlarımızın qanunsuz istismarı, vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidini davam etdirməsi, işğal dövrünün qalıqları olan erməni silahlı birləşmələri və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimə qarşı 2023-cü ilin sentyabrın 19-20-də Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsini labüd etdi. Əgər 2020-ci ildə 44 günülük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etmişdisə, antiterror əməliyyatı nəticəsində suverenliyini tam bərpa etdi. 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi.

Hazırda, çətin də olsa, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.

Azərbaycanın bölgədə dayanıqlı sülh, sabitlik və sıx əməkdşalıq istiqamətində yürütdüyü siyasətin uğurla yekunlaşmasının qarşısında hələ də bir çox çağırış və təhdidlər qalmaqdadır. Xüsusən də Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir. Hesab edirəm ki, Ermənistan yaxın dövrün tarixindən dərs çıxararaq, qonşularına qarşı ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır.

Ermənistan tərəfi bunu nə qədər tez anlasa yaxşı olacaq. Bununla da ermənilər tarix boyunca üzləşdikləri faciələrə son qoymaqla inkişaf mərhələsinə qədəm qoymuş olacaqlar".

Deputat onu da əlavə edib ki, Azərbaycan xalqı bundan sonra cənab Prezident İlham Əliyevin liderliyi altında bölgədə dayanıqlı sülhü bərpa etməklə, yeni-yeni uğurlara və qələbələrə imza ataraq dünyanın ən güclü ölkələrindən birinə çevriləcək.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri